uzuk

Üzüklər haqda BİLMƏDİYİNİZ FAKTLAR

Baxış sayı: 2. 067

Üzüklər xoşbəxtlik simvolu olaraq dəyərləndirilir. Nişan, evlilik üzüyü ilə bağlı uğurlu və uğursuzluğa işarə edən çoxsaylı faktlara rast gəlmişik. Bəs ümumiyyətlə, üzüklər haqqında daha nələri bilirik? Məsələn, bilirsiz ki, əvvəllər balıq tutmaq üçün qağayıların boğazına iri üzüklər taxıb dənizə buraxılırdı? Elə isə bu yazını diqqətlə oxuyun.

Beləliklə, oxucularına üzüklər haqqında maraqlı faktları təqdim edir:

 

Böyük Britaniyada həkimlər və tibb bacılarına iş vaxtı barmaqlarında nişan üzüklərini daşımaq qadağan edilib. Bununla əsaslandırılır ki, üzük barmağın bir hissəsini dezinfeksiya etməyə qoymur və bu xəstələrin həyatı üçün risk təşkil edir.

Nauru adasının təsvir edildiyi məşhur rəsm əsərində balıqçının quşun boğazına üzük salaraq onun köməyi ilə balıq tutduğu təsvir edilib. Quş balıqları tutur, lakin boğazındakı üzük ona balıqları udmağa imkan vermir. Beləliklə də, üzük əvvəllər qırmaq kimi istifadə edilib.

Kalininqradda sahil kənarında dənizin altında qeyri-adi bir muzey var. Muzeyə giriş isə diametri 68 sm olan üzük şəklində qapıdandır. Muzeyi görmək istəyən hər kəs mütləq şəkildə bu üzüyün içərisindən keçməlidir. Əks halda muzeyə girə bilməzsiz. Çünki muzey dənizin altında bir gəmidir.

19-cu əsrdə Qafqaz dağlarında yaşayan kişilər, xüsusilə də ovçular sağ əlin baş barmağına gümüşdən iri üzüklər taxırdılar. Bunun səbəbi isə ov tüfənginin tətiyini daha rahat və bərk sıxa bilmək üçün idi.

19-cu əsrin ikinci yarısından etibarən isə rus zabitləri çuqundan hazırlanan üzüklər istifadə etməyə başladılar. Üzüklər ağır metallardan hazırlanaraq qızıl suyuna salınırdı. Üzüyün içərisində isə sahibinin ad və soyadı naxış edilirdi. Üzük o qədər də qiymətli metallardan hazırlanmırdı ki, zabitlər yaralananda və ya həlak olanda onu soyğunçular oğurlamasın.

Dünyada ən keyfiyyətli və möhkəm qılınclar orta əsrlərdə Toledodan hazırlanırdı. Onlar elastiklik və möhkəmlik üzrə ən yaxşı hesab edilirdi. Satışa çıxarılanda həmin qılıncları üzük formasında əyilmiş formada vitrinə qoyurdular.

1946-cı ildə satışa çıxmış bikininin reklamında keyfiyyətli bikinilərin nişan üzüyünün içərisindən rahatlıqla keçə biləcəyi bildirilirdi. Əsl çimərlik geyimləri(bikini) məhz bütöv və ya ayrı üzük formasını xatırladır.

İsveçrədə yeməli ilbiz toplamaq üçün xüsusi icazə alınmalıdır. İlbiz tutan şəxslərin mütləq şəkildə diametri 35 mm olan üzükləri olur. Əgər ilbiz bu üzüyün içərisindən keçirdisə onları tutmaq olmazdı.

Məşhur ingilis zadəganı Elton Conun iki – qara və gümüş üzüyü olub. Onların xüsusi mənası olub. E.Con bunu qrammofon valını və kompakt-diski simvollaşdırdığını deyirdi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir