Heç saçınızı uzatmağı düşünmüsünüzmü? Yəqin ki, düşünüb, lakin cəsarət edə bilməyən çox kişi var. Bunun səbəbi uzun saçın hər kişiyə yaraşmamasıdır. Uzun saçın sizə yaraşıb-yaraşmadığını bilməyinizin bir neçə yolu var. Fiziki görünüşünüz düzgün qərar verməyinizə kömək olacaq. Bəs görəsən, hansı fiziki xüsusiyyətlərə əsasən doğru qərar vermək olar?
Əgər saç uzatmaq istəyirsinizsə, ilk növbədə boyunuzun uzun olub-olmadığına diqqət yetirin. Boyunuz qısadırsa, uzun saç sizə yaraşmayacaq. Çünki sizi olduğunuzdan daha qısa göstərəcək. Əksinə, uzun boylu kişilərə uzun saçlar daha çox yaraşır.
Önəmli məqamlardan biri də, alın genişliyidir. Alın genişliyi və açıqlığı uzun saçın sizə yaraşıb- yaraşmayacağını təsbit etməyin ən gözəl yollarından biridir. Əgər belə bir alına sahibsinizsə, təəssüf ki, saçınızı uzada bilməyəcəksiniz. Nəticədə, saçınız uzadıqca alnınız daha geniş və açıq görünəcək.
Uzun boyunlu kişilərə uzun saç daha çox yaraşır. Əgər boyunuz hündür, lakin boynunuz qısadırsa, uzun saç sizə uyğun deyil. Bu model boynunuzu daha da qısa göstərəcək.
Üzünüzün forması da önəmli faktorlardan biridir. Üzünüz olduqca kiçik və ya həddindən artıq böyükdürsə, saçınızı uzada bilməyəcəksiniz. Əks halda, üzünüz kiçikdirsə, daha kiçik, böyükdürsə, daha böyük görünəcək.
Uzun saç həmçinin, uzun və yuvarlaq üzə sahib kişilərə də yaraşmır. Əgər üzünüz uzundursa, çənəniz daha uzun, yuvarlaqdırsa, daha kök görüntü əldə edəcəksiniz.
Məsləhət görürük ki, saçınızı uzatmaq istədiyinizdə saç ustasından məsləhət alasınız.