“VƏTƏN SAĞ OLSUN” Layihəsinin rəhbəri Püstə Hüseynovanın təşəbbüsü və təşkilatçılığı ilə fiziki məhdudiyyətli uşaqların analarına həsr edilən “Fədakar Ana” adlı tədbir həyata keçirildi.
Tədbirdə bir neçə iş nümayəndəsi iştirak edirdi ki, onların arasında Azərbaycan Respublikası Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Rövşən Ağamalıyev, Azərbaycan Respublikası Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin NTK sədri Niyaməddin İbrahimov, həmin İctimai Birliyin təşkilati işlər üzrə koordinatoru, psixoloq Fazilə Camalova, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Yasamal rayon təşkilatının sədr müavini Anar Həsənov, Ulduzlar Meydanı MMC-nin direktoru Hacıyeva Aygün və hüquqşünas Elçin Quliyev də var idi.
Tədbirdə həmçinin müğənnilərdən Arif Səlimov, Anar Xan, Toğrul Quliyev, Niyam Azim, Fərid Hüseynzadə və Xan Qaraxanlı iştirak edirdilər.
Tədbirin ərsəyə gəlməsində göstərdikləri dəstəyə görə xeyriyyəçi Əhməd Tağıyevə, psixoloq Fazilə Camalovaya, Lalə xanıma və Hacı bəyə dərin təşəkkürlərimizi bildiririk.