Bildiyimiz kimi, ailə kiçik bir dövlətdir. Bu dövlətin də öz qayda-qanunları, nizam-intizamları mövcuddur. Ailədaxili münasibətlərə tərəflərarası münasibətlər, valideyn-övlad münasibətləri, uşaqların öz aralarında olan münasibətlər ayırd edilir. Budəfəki maarifləndirici məqaləmdə son zamanlar daha çox müzakirə obyektinə çevrilən –valideyn-övlad münasibətlərinə işıq salacaq , eyni zamanda “ Bu münasibətlərdə tərəflərin üzərinə düşən əsas öhdəliklər nədən ibarətdir ?, Münasibətin düzgün qurulması üçün nələr edilməlidir ?, Övladımla hansı ünsiyyət üslubundan istifadə etsəm, yaxşı olar? ,- kimi sualları cavablandıracağam.
Ana Səhifə UŞAQLAR Uşaqlar və valideynlər Valideyn-övlad münasibətlərinin düzgün qurulması üçün nələr edilməlidir?
Valideyn-övlad münasibətlərinin düzgün qurulması üçün nələr edilməlidir?
Mar 06, 20180
Baxış sayı: 1. 552İlk öncə onu qeyd edim ki, valideyn-övlad münasibətlərinin əsası necə qurularsa, gələcəkdə uşağın psixi inkişafına bu və ya digər məsələlərdə öz təsirini göstərəcəkdir. Düzgün qurulan bünövrə uşaqların həyatına təsirsiz ötüşməyəcək. Onu da unutmayaq ki, övladımızı biz necə böyüdürüksə, onlar da cəmiyyət içərisinə çıxdıqda bizim təmsilçimiz rolunu oynayırlar. Uşaq ailənin gzüzgüsüdür,-deyib atalarımız. Sizlər də bəzi valideynlərin qəlbən, səmimi formada övladına yanaşma tərzinə digər qrup valideynlərin isə övladını cəmiyyət içərisində tənqid və təhqir etməsinə şahid olursunuz. Belə davranış tərzi qədim zamanlarda da mövcud olmuşdur, lakin indiki dövrdə əvvəlki illərlə müqayisədə fərqli səbəblərlə əsas gətirilir.
Övladlarınızı sakit otursun, təki nadinclik etməsin deyə texnikanın qurbanına çevirməyin. Topla oynamağı, onun arxasıyca qaçarkən yıxılmağı öyrədin, yıxılarkən dizinin qanayıb ağrıdığını, ağrının necə bir hiss olduğunu öyrədin. İnanın ki, o ağrılar, narahatçılıqlar uşaqlıq dövrünə qayıtmaq arzusunun əsasını təşkil edəcək, nəinki tv kanalların aqressiv personajlı cizgi filmləri. Uşaqları öz dilimizdə böyüdün, əsas dilimiz olan azərbaycan dilindən çıxış edərək ikinci bir dil öyrədin. Onları elə böyütməyin ki, qatar şəklini göstərəndə tren, çətir şəklini göstərəndə şemsiyye desinlər. Etməyək belə, ölkənin gələcəyini tv qurbanı olaraq böyütməyək. Bu qeyd olunanları həyata keçirmək üçün valideynlərin etməli olduğu 5 əsas qaydanı sizlərə bildirmək istəyirəm:
– Günlük planınızı övladınızın istədiyi formada deyil, öz istədiyiniz formada qurun. Unutmayın ki, siz onlara yox, onlar siəz tabedir. !
– Uşaqları qorxutmayın !
– “Sən bacarmırsan, əlindən heçnə gəlmir, heç vaxt yaşxı ola bilməyəcəksən”,-kim kəlmələr söyləməyin.
– Uşaqlarınızı ilk olaraq öz dilimizdə böyüdün, İkinci xarici dil öyrətməyə tələsib uşaqların öz əlinizlə kəkəlməsinə şərait yaratmayın !
– Və ən əsası uşaqlarınıza “yox” deməyi öyrədin!
Valideyn uşaq arasında bağlılığın və ya diqqətin olmaması uşağın bir çox deviant davranış nümayiş etdirməsinə gətirib çıxarır ki, bunlardan böyük bir hissəni narkotik maddələrə meyl etmə tutur. Xüsusilə, ailədə ata rolunun zəifliyi və ya olmaması, xüsusilə oğlan uşaqlarında, eyni zamanda yeniyetməlik dövründə təsadüf edilən problemlərdəndir.
Uzun müddət cinayətkarlıq edən, deviant davranış nümayiş etdirən, həmçinin cəmiyyətə ziyan vuran insanların həyatını araşdırdıqda belə nəticəyə gəlmək olur ki, onlar öz uşaqlıq dövrlərində hər hansısa travmayla, həyatları boyu unudulmayacaq bir hadisəylə qarşılaşıblar, bu natamam ailədə böyüyən uşaqdan tutmuş, düzgün tərbiyə almayan ailənin övladlarına şamil olunur. Heç bir şey səbəbsiz deyildir. Mütləq onun görünən, bilənən və ya gizli tərəfləri olur, inanın ki olur.
GeriÜsyankarların dəlisov geyim tərzi dəbə necə daxil oldu? – FOTOLAR
İrəliKişilər, diqqət: Andropoz nədir? - Əlamətləri, müalicəsi