valideyn

Valideyn sevgisi həyatımıza necə təsir edir?

Baxış sayı: 498

Dünyaya ilk gəldiyimiz an etibariylə, tanımağa çalışdığımız insanlar ana və atamız…

Onlarla birlikdə həyatı, eşqi, sevgini və insanı anlamağa başlayırıq. Beləliklə, ata və ana hamımızın həyatında çox vacib bir təsirə sahibdir. Necə kişi, ya da necə qadın olunacağı… ya da necə bir münasibət yaşayacağımızı, duyğularımızı necə ifadə edəcəyimizi onları model alaraq, müşahidə edərək öyrənirik. Hər nə qədər ana və atamız bizə fərqli nəsihətlər versələr də, öyrənmə daha çox fizioloji olaraq reallaşır və beyin gördüyü şeyi təqlid edərək bədənə öyrədir. Və bizlər də refleksif bir şəkildə ata və anamız kimi davranırıq.

Valideyn rolları və bunun təsirləri üzərində aparılan tədqiqatlarda ata rolunun yox sayıldığı və valideyn dedikde ağıla sadəcə ananın gəldiyi haqqında bir neçə faktlar tapılmışdır. Ana daha çox ön planda olan, istiqamətləndirən, danışan, qavrayan və həll yolları tapmağa çalışmaqla bərabər, eyi zamanda həyat yoldaşı ilə uşaq arasındakı rabitədə vasitəçilik edən mövqedədir. Bu səbəblə, hər uşaqda olmayan və nə olduğunu maraqla gözlədiyi ata fiquruna qarşı inanılmaz bir maraq vardır. Və o marağı tapmaq üçün daima axıb gedər… Beləliklə, həmişə nəyisə tapmağa çalışan kişi halına çevrilir. Valideynləriylə olan münasibətində, qız dostuyla olan münasibətində, uşağıyla olan münasibətində, dostlarıyla olan münasibətində həmişə sirrli və maraq oyandıran şeylərin arxasıyca gedib durur… Sonra bir çox qarışıqlıq içində fikirləri daha da qarışaraq fərziyyələr zəncirində həbs olan biri halına gəlir… Bu təbii ki, sağlam bir hal deyildir. Çünki fərziyyələrlə reallıq arasında çox mühüm fərqlər vardır. Fərziyyələr sizin zehninizdə sonsuz ehtimallarla təxmin etdikləriniz və sizi çox yoran şeylərdir. Reallıq isə təkdir. Kişi demək istərsə deyər, ya da göstərmək istərsə göstərər. Atanızda və ya ananızda maraqlandığınız sualların cavablarını onlardan bir yolla ala bilərsiniz. Bu cavablar sizi qane etmirsə və axtarmaq, daha da anlamaq üçün həmin nöqtədə ilişib qalırsınızsa, deməli, orda problem vardır.

Niyə?

Heç fikirləşdinizmi, sağlam düşünə bilən bir ata və ya ana uşağının fikrinin onda qalacağını bilə-bilə suallarını niyə cavablamasın? – Bir çox səbəbi ola bilər, ancaq heç biri sağlam deyildir. Çünki uşaq hər şəkildə ata və anasının yaxşı və əmin-amanlıq içində olduğunu bilmək istər. Ancaq bu şəkildə uşaq özünə daha rahat konsentrasiya ola bilər. Əgər ata və ana bunun fərqində deyilsə, uşağından daha çox özünə və öz ehtiyaclarına konsentrasiyalı bir valideyndir. Beləliklə, orda ciddi bir problem olduğunu göstərir. Çünki valideyn öz ehtiyaclarındansa uşağının ehtiyaclarını ön planda düşünməsi vacibliyini valideyn öhdəliyindən gəldiyini bilmək məcburiyyətində olan kişidir.

valideyn

Bəs əgər valideyn bunun fərqində deyilsə uşaq nə etməlidir?

Cavab: Başqalarını anlamaqdan və kəşf etməkdənsə, konsentrasiya olub özlərini anlamağa çalışmalıdır. Çünki ancaq bu şəkildə həyatda nə istədiyini və nə istəmədiyini kəşf etmək şansı olur. Hər uşaq öz ana və atasında əksikliyini hissetdiyi şey hər nəysə onu tamamlamağa çalışaraq öz uşağını yetişdirər. Doğru ata və ya doğru ana deyə bir anlayış yoxdur. Çünki doğru və yanlış kişidən kişiyə dəyişir.

Necə?

Psixoanaliz və psixologiya tarixinə adını yazdıran Freydin uşaqlığına birlikdə nəzər salaq. Az saylı millətlər üçün çətin olan bir dövrdə Viyanada yaşayan yəhudi köklü bir ailənin uşağıdır Ziqmund Freyd. Freyd bir gün atasıyla birlikdə yolda yeriyərkən, bir grup insanın nalayiq sözlərinə məruz qalır. Freydin atası qara geyimi və furajkasının içinə özünü biraz daha gizlədərək, oğlunun əlini sıxıca tutar və özünə doğru çəkər. O anda Freyd bu vəziyyətdən nifrət edər və öz-özünə “mən əsla atam kimi başqalarının məni alçaltmasına və əzməsinə icazə verən biri olmayacağam” deyir. Freydin rəsmlərinə də baxdığımızda, həmişə tək qaşı qalxıq, əlində siqaret olan və həyata meydan oxuyarcasına hərəkət edən biri kimi bizə özünü tanıdır. Aradan zaman keçir və Ziqmund Freydin uşaqları olur. Uşaqlarında biri olan Anna Freyd atasının sağ qolu şəklində Freydin işlərində köməklik edər. Anna etdiyi işlərlə psixoanaliz aləmində adı eşıdilən biri halına gəlir. Aradan zaman keçir ve Anna Freyd deyir ki, “Atam həyatda ən qiymətli şeylərdən biri olaraq öz işini görürdü, mənim də onun kimi olmağım üçün səy göstərdi və məni azad buraxmadı. Mən öz uşağımı azad buraxacağam”

Uzun sözün qısası, adınızı tarixı yazdıran biri də olsanız, bu həyatda “mükəmməl insan” anlayışı yoxdur. Hər insanın əksik nöqtələri də, müsbət nöqtələri də vardır. Hər insan valideynləriylə olan münasibətində bir şeyləri daha fərqli etməyə, tamamlamağa çalışır. Çünki böyüyərkən konsentrasiya olduğu şey, əksikliğini hiss etdiyi şeyi necə tamamlayacağı istiqamətində dəyişir. Tamamladığı an etibariylədə öz doğru və öz yanlışlarına görə uşağını yetişdirir. Bəzən insanlar ata və analarıyla bağlı əksikliklərinə konsentrasiya olaraq düşünürlər ki, “niyə mən əvvəlki kimi ata və anamı çox sevmirəm?” Bu sualın cavabı əslində asanddır… Çünki həmin ata və ananın sizə etdiyi müsbətlərdənsə, daha çox mənfilərə konsentrasiya olursunuz.

Fikirləşin ki, 8 uşaqlı bir ailənin fərdi olan Ziqmund Freydə daha yaxşı çalışa bilməsi üçün evin işıqlandırması ən yaxşı olan, tək petrol lampalı otağı verilmişdir. Evin digər fərdləri şam işlətməyə və 3 yataq otağına sığınmağa məcbur qalmışlar. Digər tərəfdən, ailəsini dərk etməyə çalışırkən həyatımıza, elm tarixinə adını qürurla yazdıran bir insan olmuşdur.

valideyn

Öz-özümə daima düşünürəm. Görəsən, Freyd uşaqlığına aid atasıyla bağlı xatırladığı hekayədə ona nalayiq sözlər deyən topluluğa boyun əyərək, səssiz qalan atasının əslində oğlunu qorumaq məqsədilə elə hərəkət etdiyini anladığı üçün “Üzr istəmək sənin haqsız olduğun, qarşı tərəfin haqlı olduğu mənasına gəlmir. Verdiyin dəyərin egondan yüksək olduğunu ifadə edir.” deyə belə bir fikir işlətmişdir?

Nəticə etibariylə, Psixoanaliz tarixinə adını yazdıran Freyd dahi qızı Anna tərəfindən tənqid obyektinə çevrilmişdir. Burda vacib olan nöqtə heç kimin mükəmməl olmadığı məntiqiylə uşaqlara verilməsi lazım olan ən qiymətli şeyin “sevgi” olduğu məntiqini formalaşdırmaqdır. Ana və ya ata fərq etmir, uşaq daima valideynlərindən nəvaziş, güvən, sevgi duyğusunu almaq istəyir.

Uşaqlarınızı sevginizdən, məhəbbətinizdən məhrum etmədiyiniz müddətcə sağlam bir nəsli yetişdirirsiniz deməkdir. Çünki həyatda sevgidən güclü bir duyğu yoxdur.

 

Tərcümə etdi: Nəzrin Kərimli 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir