Hazırkı dövrdə çoxsaylı ailələr, həm həyat şəraitinin tələbləri, həm də işləmək məcburiyyətinin gətirdiyi çətinliklər nəticəsində ailə üzvlərinin hər ikisinin işləməli olduğu vəziyyətlə qarşılaşırlar. Bu, həm maddi tərəfdən, həm də gələcək üçün təminatlı bir həyat qurmaq məqsədilə qaçınılmaz hala gəlir. Belə vəziyyətlərdə isə valideynlərin qarşısında ən vacib sual ortaya çıxır: “Uşağımıza bu çətin dövr ərzində kim daha yaxşı baxacaq?”
Əlbəttə, ailələr üçün təbii olaraq ən yaxşı seçim, körpənin 3 yaşına qədər birinci dərəcədən qohumlarının yanında qalmasıdır. Bu, təkcə uşağın fiziki baxımını deyil, həm də onun emosional və psixoloji ehtiyaclarını qarşılayan ən uyğun həll yolu ola bilər. Lakin yalnız qohumların yanında qalmaqla hər şey bitmir. Uşağın psixologiyasına təsir edən digər vacib bir məsələ də valideynlərin onun həyatında davamlı mövcudluğu, fiziki və emosional əlaqələridir. Qohumların yanında olsa belə, uşağın valideynləri ilə gündəlik təmasda olması son dərəcə önəmlidir. Uşaqlar, xüsusilə 3 yaşına qədər, hər gün və ya ən azı həftəlik olaraq valideynləri ilə əlaqə qurmalıdırlar.
Daha sonra, 3 yaşından sonra uşaqlar bağçaya gedə bilər, amma bu, valideynlərin onlarla əlaqəsini azaldır və ya kəsmir. Bir çox valideyn, uşaqlarını yalnız bir neçə saatdan bir neçə günə qədər başqa bir məkanda saxlamağa qərar versə də, əslində bu müddət uşaqların sosial və psixoloji inkişafı üçün kifayət etməz. Uşaqlar, ən azı həftədə bir dəfə, valideynlərinin yanına gedərək onların sevgisini, qayğısını və diqqətini hiss etməlidirlər.
Uşaqlarla ayrı qalmanın riskləri
Bəzi hallarda, şəraitin çətinliyi və iş tələbləri səbəbindən valideynlər uşaqlarından uzun müddət, hətta bir neçə ay ayrı qalmaq məcburiyyətində qalırlar. Bu, hər halda, ən arzuolunmaz vəziyyətlərdən biridir. Uşaqların uzun müddət valideynlərindən uzaq qalması, onların daxili dünyasında müəyyən problemlərə yol aça bilər. Məsələn, bir müddət sonra uşaq öz valideynlərinə olan ehtiyacını itirə bilər. Bu zaman, uşağın psixologiyasında müxtəlif əks-reaksiyalar ortaya çıxmağa başlayır: aqressivlik, narahatlıq, qorxu, hətta bəzi hallarda fiziki və emosional travmalar. Bu tip psixoloji problemlər, uşağın inkişafını ciddi şəkildə poza bilər və gələcəkdə emosional problemlər yaşamasına səbəb ola bilər.
Valideynlər uşaqları ilə necə əlaqə saxlamalıdır?
Əgər valideynlər iş səbəbindən uşaqlarından ayrı qalmaq məcburiyyətindədirsə, bir neçə əsas prinsipə əməl etməlidirlər ki, bu vəziyyət uşağın psixologiyasına və inkişafına mənfi təsir etməsin:
1) Uşağa şəraitin izah edilməsi
Hər şeydən əvvəl, valideynlər uşaqlarına vəziyyəti səmimi şəkildə izah etməlidirlər. Uşaqlar, hətta çox kiçik yaşda olsa belə, onların əlləri tutularaq, şərait izah edilməlidir. Uşağa nə baş verdiyini anlaması, ona emosional dəstək verilməsi son dərəcə vacibdir.
2) Tez-tez görüşlər
Valideynlər mümkün qədər tez-tez uşaqları ilə görüşməyə çalışmalıdırlar. Uzaq məsafələr olsa belə, bu əlaqənin davamlı olması çox önəmlidir. Məsələn, hər həftə uşağınızla görüşmək əvəzinə, daha tez-tez əlaqə qurmaq faydalı ola bilər.
3) Telefonla ünsiyyət
Gün ərzində bir neçə dəfə telefonla danışmaq, hətta uşağın çox kiçik olduğu yaşlarda belə, onu səsinizi eşitməyə alışdırmaq əhəmiyyətlidir. Bu, uşağın, valideynləri ilə əlaqə saxlayarkən hiss etdiyi təcrid olunma hissini azaldar.
4) Hədiyyələr və məktublar
Valideynlər, uşaqlarına hədiyyələr və ya məktublar göndərərək onlarla emosional bağlarını qorumağa çalışmalıdırlar. Bu hədiyyələr və məktublar, uşağın qaldığı yerdə ona verilə bilər, və ya valideynləri tərəfindən şəxsi görüşlərdə təqdim edilə bilər. Bu, uşağa, valideynlərinin onu düşündüyünü və ona qayğı göstərdiklərini hiss etdirməyə kömək edər.
5) Fiziki və mənəvi təmas
Uşaqlar, valideynləri ilə hər görüşdə həssaslıqla yanaşılmalı, onlara daha çox fiziki təmas və mənəvi dəstək verilməlidir. Bu zaman uşağa lazımsız güzəştlər və ya imtiyazlar vermək əvəzinə, onunla daha dərin əlaqə qurmaq, ehtiyaclarına cavab vermək vacibdir.
Uşaqların istək və ehtiyaclarına hörmət
Çox kiçik yaşlarda olsa belə, bəzi uşaqlar tətillərdə və ya digər müddətlərdə qohumlarının yanına getmək istəyə bilərlər. Bu halda, valideynlər uşaqlarının bu istəyinə hörmət etməli, onları zorla saxlamağa çalışmamalıdırlar. Bu, yalnız valideynlərin deyil, uşağın öz istəyinə əsaslanan bir qərar olmalıdır. Lakin, bu cür hallarda belə, uşağın valideynləri ilə tez-tez əlaqə saxlamaq və ehtiyac duyduğu anlarda ona yaxın olmaq vacibdir.
İş və ailə balansını qorumaq, xüsusilə valideynlər üçün çox çətin olsa da, uşaqlarının psixoloji və emosional inkişafını unutmamalıdırlar. Uşaqların ehtiyaclarını dinləmək, onların sevgi və diqqətə olan tələblərini qarşılamaq, həmçinin onlarla əlaqəni kəsməmək, ailə dinamikası və uşağın inkişafı üçün çox önəmlidir. Uşaq, valideynlərinə olan bağlılığını və etibarını itirməməli, bu əlaqə sağlam şəkildə inkişaf etməlidir.
Psixoloq M. Almara Ağaqızı
PRİM – Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinin direktoru
(Psixoloqla əlaqə saxlamaq istəyənlər Bakı şəhəri, Zahid Xəlilov 48A, Elmlər m/st yaxınlığında yerləşən “PRİM” Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinə müraciət edə və ya 050 777 80 04 mobil nömrəsi ilə birbaşa Almara Ağaqızı ilə əlaqə saxlaya bilərlər. Həmçinin @almara.melikova.aga_qizi instagram səhifəsi vasitəsi ilə də Almara xanımla kontakt yarada bilərlər.)
Menim usagim 2 yasin icindedi, islediyim ucun cox vaxt ondan ayri oluram. Amma bu yazidan sonra dusundum ki, hec olmasa her gun axsam zeng edib danismaq lazimdi. Usag her seyi hiss edir, bazi seyler ucun gec olmamali.
Əslində çox vacib mövzudur bu. Mən də işləyən anayam və bəzən gün boyu uşağı nənəsinə tapşırmalı oluram. Düzdür, baxan var, amma yazıda deyildiyi kimi, uşaqla gündəlik ünsiyyətin yerini heç nə vermir. Axşam evə gələndə onunla keçirdiyim o 1 saat günün ən dəyərli anıdır.
Men ozum de cox vaxt bacima deyirem usagini tez-tez qoy nene baxsin, amma bu yazidan sonra anladim ki, esas olan valideynin o evladin heyatinda varligidi. Uzaqda da olsa, her an onun yaninda oldugunu hiss etdirmelidi.
Hamimiz pul qazanmaq ugurunda calisirig, ama unuduruq ki, uşagin psixologiyasi pulla duzelmir. Men ozum valideynlerimden uzun muddet ayri qalmisam, hele indi de onu hiss edirem. Yazida dedikleri cox dogrudu
Peşəkar və dərin təhlillərlə yazılıb. Bu yazı valideynlər üçün həm xəbərdarlıq, həm də yol göstəricidir. Valideyn-uşaq əlaqəsinin sadəcə fiziki yox, emosional tərəfi də çox önəmlidir. Çox dəyərli bir yazıdır.
Bax bu yazini cox adam oxumalidi. Hemise deyirem ki, ‘uşagin yaninda daye var eee, baxan var’, amma indi gorurem ki, mesele baxmaq deyil. Uşaq o sevgini, baglantini gormelidi. Tesekkur edirem bu yazini yazana
Usagi nenesigilde qoymusam, ozum Bakidayam isleyirem. Indi bu yazini oxuyanda vicdan azabi cekdim dogrusu. Nece olur, evlada baxan var deyib kefimizi tapiriq, amma usagin ruh halini unuduruq. Birce baglanmaq, sevgidi esas.