valideyn ve usaq

Valideyn və övlad arasında pozitiv münasibətləri necə qurmaq olar?

Baxış sayı: 424

Uşaqların valideynlər və digər qayğı göstərənlərlə güclü, sevgi dolu, müsbət münasibətləri olduqda ən yaxşı şəkildə öyrənir və inkişaf edirlər. Ona görə ki, valideynlər və baxıcılarla olan müsbət münasibətlər uşaqların dünyanı – onun təhlükəsiz və etibarlı olub olmadığını, sevildiklərini, onları sevənləri, ağladıqda və ya güldükdə nə baş verəcəyini və daha çox şeyləri öyrənməyə kömək edir.

 

Övladınızla bu hallarda müsbət münasibət qura bilərsiniz:

övladınızla anı yaşamaq

onunla səmərəli vaxt keçirmək

etibar və hörmətə əsaslanan qayğıkeş mühit yatarmaq

ANI YAŞAMAQ MÜSBƏT VALİDEYN-ÖVLAD MÜNASİBƏTLƏRİNİ NECƏ DƏSTƏKLƏYİR?

Anı yaşamaq, övladınızla baş verənləri tənzimləmək və düşünməkdir. Övladınıza onun üçün əhəmiyyət kəsb edən şeylərə dəyər verdiyinizi göstərir. Bu da güclü bir münasibətin təməlidir.

valideyn

Övladınızla anı yaşamağa dair bəzi tövsiyələr:

Qəbul etdiyinizi göstərin, övladınızın istədiyi kimi davranmasına imkan yaradın, çoxlu təlimat verməkdən, yol göstərməkdən çəkinin. Məsələn, oyun zamanı o konstruktordan insan fiquru kimi istifadə edirsə, bu normaldır. Övladınızın, onlardan “doğru” şəkildə istifadə etməsinə ehtiyac yoxdur.

Övladınızın nə etdiyinə diqqət yetirin və mühakimə etmədən şərh edin və ya təşviq edin. Məsələn, “böyük mavi konstruktor mağaza sahibidir? Kiçik qırmızı olan isə alış-verişə gedir? ”

Övladınızı dinləyin və onun həqiqi hisslərinə köklənməyə çalışın. Məsələn, övladınız gün ərzində baş verənlər haqqında sizə uzun bir hekayə danışırsa, həqiqətən yeni müəllimi bəyəndiyini və ya əhval-ruhiyyəsinin yaxşı olduğunu söyləyə bilər.

Övladınızla birlikdə olmaq ona həmçinin liderlik etmək imkanı verir. Məsələn:

Övladınıza baxaraq, onun dediklərinə və ya etdiklərinə cavab verərək oyunu aparmasına icazə verin. Bu kiçik uşaqlar üçün əladır.

Övladınızın fikirlərini dəstəkləyin.

Övladınız bir fikir söylədikdə, onunla söhbət edərək, , düşüncələri və hissləri haqqında daha çox məlumat əldə edə bilərsiniz.

valideyn

SƏMƏRƏLİ VAXT KEÇİRTMƏK: müsbət münasibət üçün bu niyə vacibdir?

Sizinlə övladınız arasındakı müsbət münasibətlər səmərəli vaxt üzərində qurulur. Birlikdə keçirilən vaxt sayəsində bir-birinizin təcrübələrini, düşüncələrini, hisslərini və dəyişən maraqlarını tanıyırsınız. Bu, övladınıza verdiyiniz dəyərin göstərircisidir və münasibətiniz üçün çox yaxşıdır.

Səmərəli vaxt, adi günlər və vəziyyətlərin ortasında, hər an və hər yerdə ola bilər. Körpənizi çimdirərkən onunla gülmək və ya övladınızıa avtomobildə maraqlı bir söhbət ola bilər. Bu anlar sizə təbəssüm, gülüş, göz təması, qucaqlaşmaq və pozitiv mesajlar vermək üçün şansdır.

Diqqət yayındıran vasitələri minimuma endirməklə birlikdə vaxtınızı ən yaxşı şəkildə istifadə edə bilərsiniz. Məsələn, telefonu kənara qoymaq. Bu, övladınıza onunla fasiləsiz vaxt keçirməyə həvəsli olduğunuzu bilməsinə kömək edir.

Ailə həyatınızda elə günlər ola bilər ki, övladınızla hər gün çox vaxt keçirmək mümkün olmasın. Ancaq müntəzəm bir vaxt planlamaqla bunun öhdəsindən gələ bilərsiniz.

valideyn

ETİBAR VƏ HÖRMƏT: müsbət münasibətlərdə onu necə qorumaq olar?

Etibar və hörmət, pozitiv valideyn-övlad münasibəti üçün vacibdir.

Körpənizlə ilk illərdə etibarın inkişaf etdirilməsi vacibdir. Körpəniz ehtiyaclarını ödəmək üçün sizə və digər əsas qayğı göstərənlərə güvənəcəklərini öyrəndikdə özünüzü təhlükəsiz hiss edəcəks. Bu təhlükəsizlik hissi övladınıza dünyanı araşdırmağa inam hissi verir.

Etibar və hörmət, övladınız böyüdükcə daha çox ikitərəfli yol alır.

valideyn

Münasibətlərinizdə etibar və hörməti inkişaf etdirmək üçün tövsiyələr:

Övladınızın dəstəyə, qayğıya və ya köməyə ehtiyacı olduqda hazır olun. Məsələn, körpəniz yıxıldıqda onu qaldırmaq. Bu, övladınızın sizə ehtiyacı olduqda orada olacağınıza inamını artırmaqda kömək edir.

Verdiyiniz vədlərə sadiq qalın, beləliklə övladınız dediklərinizə etibar etməyi öyrənsin. Məsələn, övladınıza onu parka aparacağınıza söz vermisinizsə, onu parka aparmaq üçün əlinizdən gələni edin.

Övladınızı tanıyın və ona dəyər verin. Övladınızın hisslərinə və fikirlərinə hörmət göstərmək, onları sizinlə bölüşməyə davam etməsi deməkdir.

Övladınız inkişaf etdikcə, ehtiyacları və maraqları dəyişdikcə münasibətin inkişafına icazə verin.

Qəti, lakin ədalətli ailə qaydaları qurun. Qaydalar, ailənizin üzvlərinə biri biriləri ilə necə davranmalı olduqlarını göstərir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir