Psixoloji problemlər övladların inkişafında əhəmiyyətli rol oynaya bilər. Bu vəziyyətdə valideynlərin uyğun davranışları uşağın rifahı və inkişafı üçün həlledici əhəmiyyət kəsb edir. Valideynlər psixoloji problemləri olan övladları ilə necə davranmalı olduqlarını bilməlidirlər ki, uşaqlarının ehtiyaclarına uyğun şəkildə dəstək ola bilsinlər. Bu məqalə valideynlərin psixoloji problemləri olan övladları ilə münasibətlərində necə daha effektiv və dəstəkləyici ola biləcəklərinə dair tövsiyələr təqdim edir.
1) Psixoloji problemləri anlamaq
Uşaqda olan psixoloji problemlərin vaxtinda fərqində olmaq və bu bu problemlərin nədən ibarət olduğunu anlamaq valideynlər üçün çox önəmlidir. Uşağın yaşına və vəziyyətinə görə fərqli psixoloji vəziyyətlər ola bilər. Məsələn, psixoloji inkişaf ləngiməsi, nitq inkişaf ləngiməsi, diqqət dağınıqliğı, davranış pozuntusu, antisosiallıq, ünsiyyət pozuntusu, diqqət çatışmazlığı, autizm spektri pozuntuları və s. Bu problemlərin hər biri özünəməxsus simptomlara və təsirlərə malikdir. Valideynlər mütəxəssis məsləhəti ilə öz uşaqlarının problemi haqqında ətraflı məlumat əldə etməlidirlər.
2) Empatiya və dəstək
Valideynlərin empatiya və səbrlə yanaşmaları uşaqların psixoloji problemlərinin öhdəsindən gəlməsində mühüm rol oynayır. Uşağın hisslərini anlamaq və onların yaşadığı çətinlikləri qəbul etmək, özünü dərk etmə və etibarını artırmaq üçün çox vacibdir. Empatik yanaşma uşağın özünü daha yaxşı hiss etməsinə və ailə ilə əlaqələrinin güclənməsinə kömək edir.
3) Peşəkar yardım
Peşəkar mütəxəssislərin köməyini almaq çox vacibdir. Psixoloq və ya gərək olarsa, uşaq psixiatrı tərəfindən doğru anamnez toplanaraq uşağın perinatal dövründən bu günə dək olan gəlişimi dəyərləndirməsi və bu gün var olan problemi düzgün adlandirması çox önəmli məqamdır. Doğru mütəxəssislər uşağın vəziyyətini qiymətləndirə bilər və uyğun müalicə və reabilitasiya metodları təqdim edə bilər. Valideynlər, uşaqları üçün müvafiq mütəxəssisə müraciət etməli və mütəxəssislərin tövsiyələrini diqqətlə izləməlidirlər və gecikdirmədən təyin olunan mualice və reabilitasiya başlamalidirlar. Zamanında başlayan reabilitasiya sizin övladiniza çox kömək ola bilər.
4) Sabitlik və rutinin qorunması
Psixoloji problemləri olan uşaqlar üçün sabitlik və müntəzəm rutinlər əhəmiyyətlidir.(qalmaqallardan, stresslərdən,uşağı, təşvişə salan durumlardan uzaq tutulması önəmlidir) Gündəlik həyatın müəyyən bir qayda ilə davam etməsi uşağın psixoloji vəziyyətini stabil saxlaya bilər. Bu, uşağın özünü təhlükəsiz və rahat hiss etməsinə kömək edir.
5) Pozitiv əlaqələr qurmaq
Valideynlər uşaqları ilə müsbət münasibətlər qurmalı, ona dost olmalı, onu anladığını hiss etdirməli və övladını həvəsləndirərək təşviq etməlidirlər. Uşağın güclü tərəflərini diqqətə almaq, uğurlarını qeyd etmək və müsbət davranışları dəstəkləmək uşağınızın psixoloji vəziyyətini yaxşılaşdırmağa kömək edir. Təqdir etmək övladinizda var olan potensialin üzə cixmasina kömək olacaq.
6) Özünə baxım və öz psixoloji halını fərah tutmaq
Valideynlərin özlərinə diqqət etmələri də çox önəmlidir. Valideynlər öz emosional və fiziki rifahını qorumaq üçün vaxt ayırmalı və lazım gəldikdə mütəxəssislərdən dəstək axtarmalıdırlar. Özünə baxmaq, valideynlərin uşaqlarına daha yaxşı dəstək olmalarına kömək edir. Cünki kiçik yaşlı uşaqlar ailə daxilində olan pozitiv və neqativ halları hiss edərək psixoloji olaraq təsirlənirlər. Ailədəki sağlam psixoloji durum uşağın da psixoloji olaraq sağlam olmasına təsir edir.
7) Təhsil və ictimai dəstək
Valideynlər uşaqlarının psixoloji problemləri ilə bağlı maarifləndirici materiallar oxumaq, təhsil almaq və digər valideynlər ilə təcrübə mübadiləsi etməkdə maraqlı olmalıdırlar. Sosial dəstək qrupları və ictimai xidmətlərdən istifadə uşaqların vəziyyətini daha yaxşı anlamağa və dəstək almağa kömək edə bilər. Özünü maarifləndirmə, övladınızın bu problemi haqqında savadlı yanaşma siz valideynlərə çox kömək olacaq ki,daha tez müsbət nəticələr əldə edərək tezliklə probleminizi əl birliyi ilə həll edəsiniz. Səbr və təmkinlə hər bir həll olunması mümkün olan halın öhdəsindən gəlmək olur.
Nəticə
Psixoloji problemləri olan övladlarla düzgün davranmaq, valideynlərdən anlayışlı və dəstəkləyici yanaşmalar tələb edir. Empati, mütəxəssis köməyi, rutinlərin qorunması və pozitiv münasibətlər uşağın psixoloji vəziyyətini yaxşılaşdırmaqda əhəmiyyətli rol oynayır. Valideynlər öz rifahına da diqqət yetirməli və lazım gəldikdə dəstək axtarmalıdırlar. Beləliklə, onlar övladlarının daha sağlam və xoşbəxt bir həyat sürmələrinə kömək edə bilərlər.
Bu rubrika çərçivəvəsindəki məqalələr “PRİM – Psixososial Reabilitasiya və İnkişaf Mərkəzi“nin maliyyə dəstəyi ilə çap olunur.
“PRİM” Psixososial Reabilitasiya və İnkişaf Mərkəzi
📞+994 50 207 80 04
📍Ünvan: Bakı ş. Zahid Xəlilov 48A, Elmlər m/st yaxınlığı
Bu mövzu çok əhəmiyyətlidir, çünki valideynlər övladlarının psikolojik problemləri ilə başa çıxmaq üçün dəstəkləyici ve anlayışlı olmalıdırlar
Empatiya mövzusuna toxunulması çox önəmlidir, çünki uşağın hisslərini anlamaq onların psixoloji vəziyyətini yaxşılaşdırmağa kömək edə bilər. Valideynlərin səbrli və anlayışlı olması uşağın özünü daha dəyərli və anlaşılmış hiss etməsinə kömək edəcəkdir. Uşaqların yaşadıqları çətinliklərə münasibət göstərə bilmək onların emosional inkişafı üçün kritikdir.
Əsas odur ki, valideynlər yalnız simptomları deyil, həm də bu problemlərin kök səbəblərini anlamağa çalışsınlar. Mütəxəssis məsləhətinin əhəmiyyətini vurğulamaq çox yerindədir, çünki düzgün diagnoz qoyulmadan effektiv dəstək vermək çətin ola bilər.
Maraqli yazidir. Mence bele maariflendirici yazilarin olmasi cox yaxsidir. Hetta daha artiq olsun
Bu Almara xanimin merkezi deyil? Cox canayaxin xanimdi. Hen de savadli