gUNAY iSMAY;LOVA

Valideynlərin uşağa qarşı üç əsas münasibət tipi

Baxış sayı: 633

Şüurun inkişaf səviyyəsindən asılı olaraq, yetkin insan uşaqla üz-üzə gəldikdə, üç əsas strategiya ilə reaksiya verir:

1) Yetkin insan uşağın ehtiyaclarına empatiya ilə yanaşır və əgər bu ehtiyaclar əsas zəruri tələblərə (məhdudiyyətlərə olan ehtiyac da daxil olmaqla) uyğundursa, onları ödəmək üçün hərəkət edir. Empatiya asılılıq demək deyil, burada uşağın ehtiyacları başqalarından üstün tutulmur. İnsan təbiətinin normal vəziyyətində hər birinin bir neçə övladı ola biləcəyini nəzərə alaraq, yetkin insanın bütün uşaqlara bərabər dərəcədə empatiya göstərməyə resursları qalmalıdır.

2) Yetkin insan uşağı öz proyeksiyaları üçün bir qab, konteyner kimi istifadə edir (əslində, əksər hallarda bu konteyner – boşaltmaq üçün vedrədir) və onunla özünə və ya digər yetkinlərə (məsələn, öz valideynlərinə) etmək istədiyini edir.

3) Yetkin insan uşağı yetkinin fiqurasının əvəzləyicisi kimi istifadə edir, yəni burada perversiya baş verir – əks olunmuş bir vəziyyət, burada yetkin insan cavabdeh olmayan uşaqdır, uşaq isə yetkinin cavabdehlik daşımalı olduğu şəxs olur.

Aydın olur ki, birinci reaksiya tipi ən yetkin və əlverişli olanıdır. Bunun mümkün olması üçün yetkin insanın empatiya qabiliyyəti olmalıdır. Yəni, yetkin insan uşağın emosiyalarını və ehtiyaclarını öz proyeksiyalarından və ehtiyacları inkar etmədən tanımağı bacarmalıdır.Belə empatiya yalnız diferensial psixikaya və çevik kognitiv üsluba malik insanlarda mümkündür. Valideynin bütün həyatı boyu bu fərqlilikləri və inkişafı dəstəkləməlidir. “Diferensial psixika” göstərir ki, həyat sadə bir şey deyil, bir neçə resepti kitabda oxumaq, bir sualın cavabını tez oxuyub davam etmək, çevik və balanslı bir nəticə əldə etməyə səbəb olmayacaq.

Bundan əlavə, yetkin insan ehtiyacları uşağın ehtiyacından müəyyən dərəcədə fərqlənməlidir ki, onu ödəməyə qadir olsun. Başqasının ehtiyaclarını ödəyə bilmək üçün  öz ehtiyaclarımız ödənilmiş olmalıdır. Əks hallarda isə bizim ödənilməmiş ehtiyaclarımızın proyeksiyası baş verəcəkdir.

Şüurun səviyyəsi nə qədər aşağı olsa, müdafiə mexanizmləri və kognitiv üslub bir o qədər primitiv olur. Təsadüfi deyil ki, Uşaqların təhsili və onlara qarşı humanizm, kognitiv üslubun daha inkişaf etmiş olduğu yerlərdə yaranıb.

Kognitiv proseslərin yetərsiz fərqləndirilməsi zamanı uşaq tez-tez proyeksiya üçün bir qab kimi yəni, valideyinlərin aqresiyasını, şübhəsini boşaldacaq bir yerdir. Eyni zamanda, uşağa münasibət öz valideynlərinə, xüsusilə anaya və ataya münasibətə bənzəyir. Bu xarici şəkildə göstərilən münasibət deyil, daxildə olan münasibətdir.Məsələn, anaya qarşı illərlə yığılmış qəzəb sosial normalar tərəfindən bloklanmışdır. Buna əsasən, uşaq müxtəlif dövrlərdə, həm tam sevilir, həm də tam nifrət edilir, amma bu, onun şəxsiyyətindən deyil, yalnız hərəkət- lərindən asılıdır. Həmçinin, bu ambivalent (ikili xarakterli:eyni zamanda həm sevmək, həm də nifrət etmək) hisslərin ifadələri praktiki olaraq ani şəkildə dəyişir. Belə dəyişik münasibət ikiqat mesajlar yaradır ki, bu da uşağın psixikasını parçalayır və ən yaxşı halda şəxsiyyət pozuntularına, ən pis halda isə şüurun şizofrenik parçalanmasına səbəb olur.

Və nəhayət, uşağa qarşı üçüncü münasibət növü haqqında danışsaq, uşaq valideynləri üçün doğulur ki, onlara sevgi göstərsin, qayğısına qalsın, onlara qulluq etsin və onların narahatlığını azaltsın. Bu anada sərhədləri qoya bilməmək, sevgi münasibətlərini aydınlaşdırmadığı hallarda baş verir. Belə problemi olan bir ana deyir: “Məni heç vaxt həyatda sevmədilər. Mən uşaq doğdum ki, o məni sevsin. O, ağlayır, demək ki, məni sevmir, buna görə də onu vururam, ona göstərim ki, məni sevməli və hörmət etməlisən.”

İkinci və üçüncü münasibət tipi olan valideyn, bir zamanlar özünün də bu tip münasibət üzrə tərbiyə olunduğunu dərk etməkdən imtina edir.

Son vaxtlar cəmiyyətdə populyar psixologiya ilə intoksikasiya tendensiyası müşahidə olunur. Bu, valideynlərin həyatında ikiqat çətinlik şəklində təzahür edir. Belə ki, uşaqlıqda ikinci və ya üçüncü tipə uyğun yanaşma ilə qarşılanan valideyn, “pop-psixoloqlar” sayəsində bu münasibətin yolverilməz olduğunu dərk edir və sürətlə (adətən marafon və intensiv qruplara qoşulmaqla) münasibətini tam əksinə “dəyişdirir”. Lakin əksinə dəyişdirmək – əslində, eyni şeydir. Əgər metal pulu götürsəniz, fərqi yoxdur, siz tərs və ya düz üzünə baxsanız, əlinizdə eyni metal pulu tutacaqsınız. Nəticədə: uşaqların ehtiyacları hələ də ödənilmir, xüsusilə hər bir uşağın tərbiyədə ehtiyacı olan sərhədlərin düzgün qoyulmasıdır. Valideyin düşünür ki, “Uşaqlıqda mənə çox şey qadağan edilirdi və mən özümü pis hiss edirdim.Buna görə də mən heç bir şeyi qadağan etməyəcəyəm”, və buradan uşağın psixikası üçün zərərli olan əks edilmiş vəziyyətlər yaranır:

  • Həkimlər məsləhət görür ki, uşağı dəqiq saatla qidalandırın (“metal pulun tərs üzü”) – mən isə elə qərar vermişəm ki, uşağımhər ağlayanda yalnız anasının südü ilə qidalandıracağam (“metal pulun düz üzü”).
  • Uşaqlıqdamənim fəallığımı məhdudlaşdırırdılar (“metal pulun tərs üzü”) – mən öz uşağıma üzərimdə sürünməyə və bədənimi tərpətməyə icazə verəcəyəm, hətta bu mənə narahatlıq yaratsa da, çünki əks halda mən də onu məhdudlaşdırıram (“metal pulun düz üzü”).

Mən ixtisasca psixoanalitik, klinik psixoloq və ya psixokonsultant olmadığım üçün sizə uşaqlarınızla necə davranacağınıza dair dəqiq təlimatlar verə bilməyəcəm. Necə edək ki, uşaqlarımız bizim yanımızda rahat olsunlar? Bunun üçün biz daxilən rahat olmalı, hadisələrə real baxmalı və hislərimizdəm əmin olmalıyıq.

Bir pedaqoq və valideyin kimi onu deyə bilərəm ki, övladlarımıza həqiqi və təbii sevgi verməliyik, onları düzgün, qərəzsiz müşahidə etməli, potensial imkanlarına uyğun məşğələlərə yönəltməli, qərəzsis yanaşaraq doğru bildiyiniz iki real seçim haqqı tanımalısınız. Bu uşağın sizin çərçivənizin daxilində seçim hüququna hörmət etdiyinizi göstərir. Ara-sıra çərçivəni aşmamaqla səhv etmək üçün də şərait yaratmalıyıq, çünki, insanlar səhvlərindən öyrəndiyi zaman kamilləşir.

 

Günay İsmayılova

“İnclusive Edu Academy” şirkətinin rəhbəri, İnklüziv təhsil mütəxəssisi, ADPK-nin müəllimi




8 şərh “Valideynlərin uşağa qarşı üç əsas münasibət tipi

  1. Nigar Mehrəliyeva

    Məqalədə empatiya və sərhədlərdən danışdığınız kimi, valideynlərin uşaqları ilə müsbət münasibət qurması üçün hansı praktiki üsulları tətbiq edə biləcəkləri haqqında bir yazı da yazmağınızı təklif edərdim. Məsələn, uşaqlara sərhəd qoymağın, onları tərbiyə etməyin, eyni zamanda onlara sevgi və qayğı göstərməyin balansını tapmaq çox çətindir. Bununla bağlı daha çox konkret və gündəlik həyatda tətbiq edilə biləcək nümunələr və təkliflər faydalı olardı.

    Cavabla
  2. Fərzanə Məmmədova

    Məqaləni oxuyarkən öz valideynlik təcrübəmi çox düşündüm. “Sərhədlərin qoyulması” məsələsi çox önəmlidir. Çünki bəzən biz, valideynlər, uşaqlara azadlıq vermək istəyirik, amma bununla yanaşı, onlar sərhədsiz və qaydasız qalırlar. Məqalədəki “metal pul” misalı məni çox təsirləndirdi – bunu tam şəkildə başa düşdüm. Mən də öz uşağımda “hər şeyə sərbəstlik” yanaşmasını tətbiq etmək istəyirdim, amma sonra görürəm ki, bu, düzgün yanaşma deyil. Həmçinin, “ikili münasibət” məsələsi də mənə tanışdır – çox vaxt uşaqlarımızı sevərkən, eyni zamanda onların hərəkətlərinə qəzəb də hiss edə bilirik. Məncə, məqalə valideynlərə bu qarışıqlığı anlamaqda kömək edir.

    Cavabla
  3. Şəhriyar

    Siz məqalədə, proyeksiya və uşağa qarşı münasibətlərin necə formalaşdığını təsvir edirsiniz. Proyeksiyanın valideyn tərəfindən uşağa ötürülməsi uzun müddətli psixoloji zədələrə səbəb ola bilərmi? Bu vəziyyəti necə düzəltmək olar və uşağa bu tür psixoloji yükləri necə minimuma endirmək mümkündür? Uşaqda şəxsiyyətin pozulmasının qarşısını almaq üçün valideynlər hansı addımları atmalıdır?

    Cavabla
  4. Məleykə Əmirova

    Bizim cəmiyyətdə bəzən valideynlər uşaqlarla əlaqələrində bu empatiyaya yer verməkdə çətinlik çəkirlər, çünki özlərinə qarşı yüksək gözləntilər bəsləyirlər. Bu yazıda həmin empatiyanın tərbiyə üzərindəki müsbət təsiri aydın şəkildə göstərilib. Məncə, valideynlərə öz empatiya bacarıqlarını necə inkişaf etdirə biləcəkləri barədə konkret təlimatlar vermək faydalı ola bilərdi.

    Cavabla
  5. Qətibə Aslanova

    Məncə, bir növbəti yazınızda valideynlərin uşaqlarla əlaqə qurarkən istifadə etdiyi psixoloji müdafiə mexanizmləri haqqında daha geniş danışa bilərsiniz. Bu mövzu, xüsusən də uşaqların tərbiyəsində həm nəzəri, həm də praktik yanaşmalar baxımından çox maraqlı olardı. Eyni zamanda, valideynlərin öz emosiyalarını idarə etmə bacarığı da çox vacibdir – bunun uşaqlarla münasibətə necə təsir etdiyini öyrənmək istərdim.

    Cavabla
  6. Aydan Qarayeva

    Məqalənizdəki çoxlu maraqlı mövzular var, amma mənim diqqətimi psixoloji zədələr və onların valideynlər tərəfindən uşaqlara ötürülməsi məsələsi çəkdi. Məncə, bu mövzuya xüsusi diqqət yetirə bilərsiniz. Yəni, valideynlərin keçmiş travmaları uşaqların psixologiyasına necə təsir edir və necə sağlam münasibətlər qurula bilər? Bu mövzu, həmçinin uşaqların psixoterapiyasını da əhatə edərsə, çox faydalı olar.

    Cavabla
  7. Elçin Qasımov

    Sizin fikrinizcə, valideynlər empatiya bacarıqlarını genetik olaraq irsənmi alırlar, yoxsa bu bacarıq tərbiyə və təcrübə yolu ilə inkişaf edir? Empatiyanın tərbiyə prosesində valideynin öz şəxsi emosional inkişafı ilə əlaqəsi nə dərəcədə əhəmiyyətlidir?

    Cavabla
  8. Kamran

    uşaqlara sərhəd qoymağın ən düzgün vaxtı nədir və bu sərhədləri nə dərəcədə sərt qoymaq lazımdır ki, uşaq həm azadlıq hissi duysun, həm də məsuliyyət öhdəliklərini dərk etsin?

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir