Valideynlər mütləq oxusun!

Baxış sayı: 1. 501

Uşaqlarda yaşanan ürək xəstəliklərinin yüzdə 85-i anadangəlmə, yüzdə 15-i isə sonradan yaranmış olur.

Anadangəlmə yaşanan ürək problemlərinə ürəyin iki qulaqcıq, ya da iki qarıncıq arasında dəlik olması, qapaqlarda darlıqlar, damarda dəlik, ya yer dəyişikliyi kimi bir çox hal aiddir.

Uşağınızın göyərməsi, inkişafında gerilik varsa, tez yorulursa, tez-tez ağciyər infeksiyası keçirirsə, keçməyən öskürəyi varsa, ayaqlarında, qarnında və boyun damarlarında şişkinliklər varsa, anadangəlmə ürək xəstəsi ola bilər.

Ən mühüm əlamətlərdən biri də uşağın heç kökəlməməsidir. Əgər uşağınızın qidalanmasında problem olmadığı təqdirdə yenə də kökəlmirsə, anadangəlmə ürək problemi yaşaya bilər. Qız uşaqları üçün risk daha böyükdür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir