valideyn

Valideynlər üçün 10 “olmaz”

Baxış sayı: 1. 388

Valideynlik asan olmadığı üçün bütün ata və analar tərbiyə prosesində təcrübəsizlik və səbrsizlik üzündən övladlarının tərbiyəsində müəyyən boşluqlara yol verirlər. Uşaqların tərbiyəsində qüsurları və çatışmamazlıları öncədən aradan qaldırmaq üçün valideynlərə aşağıdakı səhvlərə yol verməmək tövsiyyə olunur:

1. Deyinmək. Sizin deyinməyiniz uşağınızın tərbiyyəsinə onun da buna öyrəşməyindən başqa heç bir təsiri yoxdur.

2. Boş hədə-qorxu gəlmək. Əgər uşağınız görsə ki, dediyinizə əməl etmirsiniz sizi ciddiyə almayacaq.

3. Yoldaşınızı önəmsəməmək. Tərbiyyə mövzusunda yoldaşınızla açıq mübahisə uşağı çaşdıra və sizin nüfuzunuzu sarsıda bilər.

4. Sərhədlər təyin etməmək. Əgər siz uşağınıza əvvəlcədən bunun qadağan olduğunu deməmisinizsə, onu evin içində topla oynadığına görə cəzalandırmağa haqqınız yoxdur.

5. Rüşvət. Düzdü, ilk vaxtlar yaxsı təsir göstərir, lakin gələcəkdə uşağınız sizin hər xahişinizə qarşılıq nəsə istəyəcəkdir.

6. Müqayisə etmək. Uşağa deyəndə ki, niyə görə o özünü bacısı kimi aparmır, onda hiss yaranır ki, bacısı ondan daha yaxşıdır.

7. Vurmaq. Tədqiqatlar göstərir ki, döymək uşağı daha aqressiv edir.

8. Sızlamaqlarına təslim olmaq. Dediyinizdə möhkəm dayanmaq gələn dəfə uşağınızın hər hansı bir şey üçün təkrar sızlayıb-ağlamaqlarını azaldır.

9. Pis nümunə olmaq. Uşağınızı yalana üstündə danlamaq istəyirsiniz? Yaxşı, onda uşağınız sizin uydurma xəstəliyiniz ucbatından planınızı dəyişdirdiyinizin şahidi olmasın.

10. Qorxutmaq. Tərbiyə metodu olaraq uşağı müxtəlif əşyalar və insanlarla qorxutmaq gələcəkdə onun ətrafa inamını ciddi sarsıda və onu qorxaq biri kimi yetişdirməyə səbəb olacaqdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir