Oksford Universitetinin tədqiqatçılarının araşdırmasına görə, uşaqların kompüter oyunlarına marağı onların inkişafına müsbət təsir göstərə bilər.
“İctNews” bildirir ki, alimlərin gəldiyi nəticəyə görə, gündə ən azı bir saat kompüter oyunu oynayan uşaqlar ümumiyyətlə oynamayanlarla müqayisədə daha təmkinlidirlər.
Amma gündəlik üç saat oynayanlarda həyatdan məmnunluq səviyyəsi aşağı olub.
Layihənin direktoru, psixoloq Endrü Prjibilski 10-15 yaşlı 5 min uşaq arasında sorğu keçirib. Rəyi soruşulanların təxminən 75%-i bildirib ki, gündəlik kompüter oyunları oynayırlar. (ekspress.az)