Pul təbii ki, hər kəsin həyatında əhəmiyyətli rol oynayır. Hazırkı dövrdə pulsuz yaşamaq mümkün deyil. Lakin gəliri normal olsa da, ondan düzgün istifadə edə bilməyən insanlar çoxdur. Puldan ağılla istifadə edərək, müəyyən vərdişlərdən əl çəkməklə zəngin olmaq mümkündür.
Məsuliyyəti boynundan atmaq
Kasıb insanlar adətən, yoxsulluğunun səbəbini başqalarında axtarırlar. Hesab edirlər ki, bütün varlı insanlar ata-baba hesabına və ya ciddi tanışlıqlar hesabına varlanırlar.
Maddi sərvətin arxasında uzun və əziyyətli bir iş olduğunu anlamaq istəməyən yoxsullar heç nəyi dəyişdirməməyi və eyni maaşla yaşamağı üstün tuturlar.
Həddindən artıq qənaət
İlk növbədə bu, xəsislik göstəricisidir, xəsislik isə daha da yoxsulluq gətirir. Qidadan geyimə və ya xoş istirahətə qədər hər şeyə qənaət etmək yoxsulluğa gətirib çıxarır, çünki maliyyə rifahının açarı sərmayəni, səyi və zamanı artırmaqdadır. Daimi qənaət pulun düzgün idarə edilməməsinin başqa bir göstəricisidir.
Pula nəzarət etməyi bacarmamaq
Zəngin insanlar həmişə pulu artırmaq üçün pul qoyurlar. Çox vaxt lazımsız xərclərdən çəkinirlər və toplanan puldan pul qazanırlar.
Kasıb insanlar isə həmişə istehlak kreditləri alır, bundan sonra götürdüyü kreditin faizini qaytarırlar.
Zəngin insanlar da qənaət edirlər, lakin vəsaitləri bir investisiya strategiyası həyata keçirmək və daha çox mənfəət əldə etmək üçün istifadə edirlər.
Həyatını dəyişməyə səy göstərməmək
Kasıb insanlar hər zaman işlərindən şikayətlənirlər və onları bezdirən bir həyatla yüklənirlər.
Ancaq bütün bunlar sadəcə qorxaqlıq və həyatınızı dəyişdirmək istəməməyiniz üçün bəhanə olan bir zehni tələdir.
Sevmədiyiniz bir işdə hər hansı bir nəticə əldə etmək çətindir.
Ancaq ilham aldığı bir sahədə insan bütün gücünü verməyə və istədiyinə çatmağa çalışır.
Pulu yalnız minimal xərclərə sərf etmək
Kasıb insanlar məqsədləri bir vasitə kimi deyil, vasitələri bir məqsəd kimi qəbul edirlər. Həmişə pulu arzulayırlar, bunun müəyyən bir məqsəd üçün vasitə olduğunu anlamırlar.
Bütün iş adamları isə layihələrini və ya yeniliklərini həyata keçirmək üçün puldan istifadə edirlər.
Bu qavrayışın səbəbi yoxsulluq içində böyüyən insanların təməl ehtiyaclarını ödəyə bilməmələri və istəklərinin yalnız istehlakla əlaqəli olmasıdır.
Uğur meyarı yalnız intellektual qabiliyyət və onun zehni qavrayışından asılıdır.
Möhtəşəm bir arzuya çatmaq üçün çalışan bir insan müvəffəq olacaq və nəticədə rifah səviyyəsini yüksəldəcəkdir.
Statistika göstərir ki, insanların əksəriyyəti borclara çox pul xərcləyir və nəticədə bir qəpiksiz qalır.
İstehlak xərclərini ayırdıqdan sonra gec-tez həqiqi hədəfinizi reallaşdırmalısınız, ardından özünü təmin etmə hissini yaşamalısınız.
Öz istəklərinizdən başlayaraq, həyatınıza məna verəcək bir sahə seçməyə dəyər, onda maliyyə məsələsi öz-özünə yox olacaq.
Nubar Süleymanova