Əziz analar, uşaqlara tez-tez dərman vermək, özünümüalicə ilə məşğul olmaq, ən kiçicik xəstəlik və ya halsızlıq olduqda antibiotiklərdən istifadə isə qətiyyən yolverilməzdir, halbuki təəssüflə qeyd etməliyik ki, bizim cəmiyyətimizdə bunu tez-tez edirlər. Bəs nə etməli? Uşaqların immunitetlərini artırmalı!
Limon+bal
Balla limonun qarışığı mikroblara tez qalib gəlir, həm də immun sistemini gücləndirir.
Yarım limonun şirəsini sıxın, üzərinə bir xörək qaşığı bal əlavə edin, qarışdırın. Bu qatışıqdan gündə üç dəfə desert qaşığı ilə uşağa verin.
Şirələr
Çoxlu maye qəbul edilməsi də orqanizmə virusla mübarizə aparmağa kömək edir. Təzə çəkilmiş şirələrin tərkibində çoxlu sayda vitaminlər var, həm uşaqlar bunları çox sevir. Portağal şirəsi uşağa zəruri olan təbii S vitaminidir. Ancaq onu su ilə qarışdırmağı unutmayın.
Bütün dünyada həkimlər artıq çoxdan etiraf edirlər ki, temperaturu yalnız 38,5-dən çox olduqda aşağı salmaq lazımdır, əks halda, siz orqanizmin özünün virusla mübarizə aparmasına imkan verməyəcəksiniz. Hərarət qalxan kimi qətiyyən uşağı ovuşdurmayın və antibiotiklərdən istifadə etməyin. Antibiotikləri yalnız ən son həddə və yalnız həkim nəzarəti altında vermək lazımdır.
İmmunitetini artırmaqla uşağı həyatının ilk günlərindən möhkəmləndirin, bu yolla onu mikrob və viruslardan qorumuş olacaqsınız.
Xəstələnməyin!