ebola

Virusun insana təsiri və qorunma yolları – EBOLA qayıdır

Baxış sayı: 1. 135

Ebola virusu bir neçə il əvvəl dünyanı cənginə almış və yüzlərlə insan canı almış əsrin yeni yoluxucu xəstəliyidir.

Ölümcül xəstəlik insanlar kimi heyvanları da yoluxdurur. Onu Konqoda axan Ebola çayıbıb şərəfinə adlandırıblar. Çünki virus ilk olaraq orda qeydə alınıb.

Ümümdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2019-cu ilin qışında Ebola virusunun yenidən baş qaldıracağı gözlənilir.

 

Virusun əsas özəlliyi

Ebola digər kəskin respirator viruslara çox oxşardır. İnsanı və həkimi belə çaşdıra bilər.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, virusun bir neçə növü var, ən yayılmışı Zair tipidir.

Məhz Zair Ebolası 2014-2015-ci illərdə bütün dünyanı vəlvələyə saldı.

Virus iri qanadlı yarasadan yayılıb, halbuki onlar özləri bu virusdan ölmürlər.

İnsana qida yolu ilə keçib. Belə ki, yerli əhali həmin ildə kütləvi olaraq həmin iri yarasaları bişirib yeməyə başlamışdılar.

Afrikada olan antisanitariya və əhalinin profilaktika olunmaması qısa müddətdə virusun yayılmasına səbəb oldu.

Yoluxmuş insan xəstəxanaya getmədi, həkimə inanmayan və getməyən afrikalı xəstəliyini çay suyunda yuyunmaqla aşmaq istədi. Bununla da xəstəlik daha geniş əraziləri əhatə edir.

Ebola Avropaya və Rusiyaya kimi gəlib çatmışdı. Bütün ölkələr virusa qarşı dərman ehtiyatı aldı.

Avropaya keçən ebola tipi afrikan tipinə nisbətən intensivliyi və letal nəticələrinə görə fərqlənir.

Ebolanın bir özünəməxsusluğu var: o qrip kimi havada gəzişmir. Yalnız şəxsi kontakt, toxunuşla keçir: yoluxmuş insanla öpüşmək, dərisi ilə təmasda olmaq, qan vasitəsilə və s.

Ebola virusundan ölən insanın meyidi belə 2 ay ərzində yoluxucu olur. Həmçinin virus özünü tibbi avadanlıq, sarğı materialları üzərində rahat hiss edir, spirtdən qorxmur.

 

Simptomları necə ayırd etməli?

Yoluxmanın 3-cü günündən 3 həftəyə kimi inkubasiya dövrüdür. İnsan heç nə hiss etmir. Xəstəlik özünü yüksək hərarət, baş ağrıları, mialgiya ağrıları, bədəndə zəiflik, boğazda acışma, göynəmə hissi ilə göstərir.

Sonra deşici öskürək, qusma, diareya, qaraciyər və böyrəklərin işində fəsad, dəridə səpki, qaşınma baş verir.

Çox zaman burundan, anusdan, cinsiyyət orqanından az miqdar qan da gələ bilər.

Nəzərə alın ki, Ebolaya yoluxmandan sonra onu qriplə səhv salıb aspirin, ibuprofen, qrip preparatları qəbul etmək qətiyyən olmaz. Bunlar qanaxmanı daha da artırır.

Vacibdir ki, simptomları izləyib, 3 gün ərzində yüngülləşmə olmazsa təcili xəstəxanaya getmək lazımdır. Əgər insan 2 həftəyə sağalmasa, çox güman ki, o öləcək.

Xəstəyə bol  laye verilməlidir. Digər müalicə metodları yoxdur. Ebolaya qarşı xüsusi dərman tapılmayıb, dərmanlar kliniki sınaq müddətindədir. Onların effektivliyi barədə dəqiq rəy yoxdur.

Profilaktika məqsədilə virusun ocağı olan Afrikada müdafiə, kütləvi məlumatlandırma, xəstəliyə azacıq şübhə olan insanların xəstəxanaya yerləşdirilməsi, onların əlaqədə olduğu insanların aşkarlanması istiqamətində işlər aparılır. Afrika xalqları, xüsusən aborigenlər həkimlərə inanmır, hətta virusun yayılmasında qəsəbəyə gələn həkimləri günahlandırırdılar. Qvineyada isə sanitar maariflənmə işi aparan tibb işçilərini öldürmüşdülər. Ona görə Afrikada böyük hospitalları hərbçilər mühafizə edir.

Turistlərin nəzərinə: epidemioloqlar payış-qış fəslində virusun aktiv olduğu Afrika bölgələrinə səfər etməyi məsləhət görmür. Əgər getsəniz, maksimum diqqətli olub, gigiyenik qaydalara riayət etməlisiz. Yalnız təmiz butulka suyu içməli, yaxşı bişirilmiş bələd olduğunu yeməyi yeməli, yerli əhaliyə  və heyvanlara toxunmamalı. Səfərdən qayıtdıqdan sonra özünüzü az da olsa şübhəli hiss etsəniz, dərhal həkimə gedib, Afrikada olmağınız barədə də məlumat verməlisiz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir