Viza portalı IXPVisas.com viza almaq üçün müxtəlif ölkələrin səfirliklərinə müraciət edənlərin qarşılaşdıqları absurd və marazm təsiri bağışlayan sualları araşdırıb.
Milli.Az Milliyet-ə istinadən bildirir ki, “Green Card” almaq üçün ABŞ səfirliyinə üz tutanlara verilən suallar arasında “xanımınız yataqda hansı tərəfdə yatır?” da varmış.
Meksikaya yollanmaq istəyənlər isə viza alanda belə sualla qarşılaşırlar: “Bığlarınızı təraş edirsiniz?” Suala mütləq cavab verilməlidir, çünki…
Meksikanın DİN-i kişi bığlarını “pırpız”, “seyrək” və “sıx” kimi 3 tipə ayırıb. Gərçi kiminsə bığı bu tiplərdən birinə uyğun deyilsə, viza almaya bilər.
Hindistana getmək istəyənlər viza formasını dolduranda “Din” bölməsində mütləq şəkildə hansısa dinə mənsub olduğunu göstərməlidirlər. “Xristianlıq”, “Buddizm”, “İslam” və “İudaizm” dinlərindən birinə mənsub olmadığını yazan viza almaya bilər.