ABŞ-ın xüsusi xidmət orqanları London Universitet Kollecində işləyən alimlərin həllindən istifadə edərək Wi-Fi texnologiyasının köməyi ilə qonşu otaqda olan insanların hərəkətini izləməyi öyrəniblər.
“İctnews”un məlumatına görə, yeni texnologiya qalınlığı 25 santimetr olan beton divarın arxasındakıların hərəkətini izləməyə imkan verir.
Mütəxəssislərin kəşfi xüsusi xidmət orqanlarını maraqlandırıb.
Alimlərin kəşfi “Engineering İmpact Award” mükafatına layiq görülüb.