qadininxercenglemubarizesi

Xərçəngə yoluxanlar ömürlərini necə uzada bilərlər? – ARAŞDIRMA

Baxış sayı: 1. 610

Xərçəng  xəstəliyindən əziyyət çəkənlərin həyatını itirməsinin qarşısını almaq məqsədi ilə mütamadi araşdırmalar, təhlilər aparılır. Son olaraq  Avstraliyada belə bir araşdırılma aparılıb. Məqsəd xərçəngə yoluxanların ömürlərini necə uzada bilməsini müəyyənləşdirmək olub.

Mütəxəssislər 1000-ə yaxın xərçəng xəstəsi üzərində müşahidə aparıb. Məlum olub ki, fiziki aktivlik göstərən, mütəmadi olaraq meyvə-tərəvəz yeyən, emal edilən buğda və ət məhsullarından çəkinən şəxslər xərçəngə yoluxduqları təqdirdə ilk 7 ildə ölüm ehtimalı 42 faiz azalır.

Avstraliyadan olan 300 xərçəng xəstəsi üzərində aparılan araşdırma isə göstərib ki, həftədə 180 dəqiqə piyada gəzməklə xəstələr ölümü uzaqlaşdıra bilərlər. Belə xəstələrdə fiziki aktivliyi olmayan xəstələrə nisbətən ölüm daha az müşahidə edilir.

Mütəxəssislərin ortaq rəyinə görə, xərçəng xəstələri pəhrizə əməl etməklə və mütəmadi fiziki hərkətlə ömürlərini uzada bilərlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir