azer bagirov

Xəstəlik xəstəliyi və ya ipoxondrik nevroz – PSİXİATR YAZIR

Baxış sayı: 1. 968

Xəstəliyə tutulma qorxusu və ya ciddi bir xəstəliyi olduğunu düşünmə halıdır. Şəxs çox çalışsa da, bu fikri başından ata bilmir və şübhələrdən qurtula bilmir.

Ümumilikdə ipoxondriya əhali arasında 100 nəfərdən 4-6 sında görülür. Nevrotik xəstəliklər arasında yayılma sıxlığına görə panik atakdan sonra ikinci yerdə gəlməkdədir. Qadınlarda və kişilərdə eyni nisbətdə rast gəlinir.

Bu xəstəlikdə, bədəndəki hissiyatlara səhv məna vermə baş verir. Məsələn, ağız quruluğu hissiyatı bir başa şəkər olaraq, əllərdə barmaqda uyuşma iflic olaraq mənalandırılır. Bir xəstəm gecə saat 12 radələrində, dilinin üzərində ağ ərpi görərək, bunu internetdə araşdırmışdır. Uzun araşdırmadan sonra bu ərpin, HIV xəstəliyində (spid xəstəliyi) olan, immunitetin aşağı düşməsinə görə əmələ gələn, göbələk infeksiyası ola biləcəyini oxuduqdan sonra özündə ‘spid’ xəstəliyi ola biləciyindən qorxmağa başlamışdı. Bir an öncə analiz verərək, HIV olub olmadığını dəqiqləşdirmək üçün gecə saatında labaratoriyaya getmiş, ancaq o saatlarda laboratoriya işləmədiyi üçün səhər saat 8-ə qədər xəstəxanada yatmadan gözləmişdi.  Ancaq analizin nəticəsi neqativ çıxdıqdan sonra rahatlaya bilmişdi.

ipoxondriya Instagram posts (photos and videos) - Picuki.com

İpoxondriya xəstəliyi olan insanlar sürəkli xəstəliklər haqqında oxuyar, yanlarında bir xəstəlik haqqında danışılsa, onu özlərində axtarar, sürəkli həkimə getmək, müayinələrdən keçmək istəyərlər. Müayinələrdə həkimlər onlara heç bir orqanik xəstəlikləri olmadığını dediklərində, ya inanmayıb, “həkim məndəki xəstəliyi tapa bilmədi” deyərək başqa həkimə gedərlər, ya da bir neçə gün sağlam olduqlarını düşünüb rahatlığa qovuşsalar da, sonradan yenə başqa xəstəlik şübhələri başlayar.

İpoxondrik nevroz psixolojik səbəbli xəstəlik olduğu üçün mualicə psixoloji yöntəmlərlə aparılır. Bu yöntəmlərdən dərman mualicəsi, psixoterapiya və qrup terapiyası ən təsirli metodlardır.

 

Psixiatr, Uzman Həkim Azər Bağırov




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir