usaq

Xəyal dünyası geniş uşaqlar və valideyn xətaları

Baxış sayı: 1. 462

3–5 yaşlarındakı uşaqların xəyal dünyaları çox geniş olur. Bu yaşda olan uşaqlar eşitdikləri və ya gördükləri hər şeyi real hesab edirlər. Buna görə də, eşitdikləri bir nağılda və ya gördükləri bir cizgi filmində real olmayan şeyləri real olanlardan ayırd edə bilmirlər. Az qala bütün gördüklərini olduğu kimi yaddaşlarına həkk edirlər. Nəticədə, uşaqlar real olmayan hadisələr uydurmağa başlayırlar. Hətta, bu yaşda olan uşaqların real olmayan qardaş-bacıları və ya real olmayan dostları da ola bilər.

usaq

 

Ancaq bir çox valideynlər belə hallarda tez təlaşa düşür və müxtəlif  xəbərdarlıqlarla uşaqlarını yalandan çəkindirməyə çalışırlar. Halbuki bu yaşlarda olan uşaqlar hələ yalanın nə demək olduğunu da bilmirlər. Nəticədə, valideynlər bu xəbərdarlıqlarla özləri də bilmədən uşaqlarına yalan danışmağı öyrədirlər. Buna görə də, valideynlər 3–5 yaş arasında olan uşaqlarının dediklərini ciddi qəbul etməməlidirlər.

Üstəlik, uşaqlarının dediklərini diqqətlə dinləməli, ancaq deyilənlərə həddindən artıq maraq göstərməməlidirlər. Əks halda, uşaqlarını öz xəyal dünyalarına məhkum etmiş olarlar.

 

 

Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir