Dekabrın unikallığı ondadır ki, insan həyatına müsbət təsir edəcək bir neçə gündən ibarətdir.”Gencaile.az” saytı Rusiya mətbuatına istinadən oxucuları münəccimlərin 2019-cu ilin dekabr ayı üçün hazırladığı uğurlu günlərlə tanış edir. İlin sonuncu ayının ilk 5 gününü geridə qoyduğumuzdan digər günlərdən bəhs edəcəyik.
9 Dekabr – istənilən məşğuliyyətlər, xüsusilə yaradıcılıqla məşğul olmaq və fikirlərin təbliği üçün əlverişlidir.
10 Dekabr – hər hansı təşəbbüs üçün əlverişli gündür, bütün riskli əməliyyatlar uğurla başa çatacaq, gözlənilməz qazanc mümkündür.
13 Dekabr – evlilik üçün ideal gündür, işdə müvəffəqiyyət qazana və yeni münasibət qura bilərsiniz.
17 Dekabr ünsiyyət, açıq fəaliyyət, səyahət və səfər üçün çox əlverişli gündür. Ay təqvimində deyilir ki, bu gün ən güclü ailələr yaradılır, qazanc və ya artım şansı da yüksəkdir.
18 Dekabr səhm almaq və gələcəyi planlaşdırmaq üçün əla gündür. Düşüncələrin reallaşması ehtimalı da yüksəkdir. Odur ki, lazımi müddətdə istədiyinizə çatmaq üçün meditasiya ilə məşğul olmalısınız.
23 Dekabr – bədəninizə qayğı göstərmək üçün əlverişli gündür. Ay təqviminə görə, istənilən bir işdə uğur qazanacaqsınız. Hətta ən çətin tapşırıqlar tez və düzgün yerinə yetiriləcək.
24 Dekabr – yeni başlanğıclar, iş planları, yeni layihələr üçün çox əlverişli gündür. Əlavə olaraq, bu gün düşüncələri gerçəkləşdirmək üçün əla fürsətdir, xüsusən də evlilik və ya eşq elanları üçün idealdır.
26 Dekabr – Sağlamlığınızla məşğul olmaq üçün yaxşı gündür, bütün məsələlər asanlıqla həll ediləcək. Düşüncələrin gerçəkləşməsi ilə bağlı meditasiyalar tətbiq olunarsa, xəyallar reallaşa bilər.
28 Dekabr – karyerada özünüifadə üçün ideal gündür. Uğur qazana və yüksək qazanc əldə edə bilərsiniz.
30 Dekabr – ünsiyyət və dostlarla görüşmək üçün çox əlverişli gündür. Bu gün əvvəllər sizə məlum olmayan şeyləri görə bilərsiniz. Xəyalınızı reallaşdırmaq üçün imkanlar olacaq.
31 Dekabr – İnsanlar düşüncələrini reallaşdıra bilər. Həm də bu gün gələcəyi planlaşdırmalı, qarşıya hədəflər qoymalısınız, təxəyyülünüzü məhdudlaşdırmayın, çünki planlaşdırılan hər şey mütləq gerçəkləşəcək.