test

Xəyallarınızdakı işi tapmısınızmı? - TEST

Baxış sayı: 434

Hazırda etdiyiniz işi necə təsvir edərdiniz?

a) Uşaq vaxtı arzuladığım işlə məşğulam

b) Sahəmi sevirəm, amma bəzi şeylər ürəyimcə deyil

c) Başqa sahədə işləmək istərdim

d) Bu işi sadəcə pul qazanmaq üçün edirəm

 

İş gününüz necə keçir?

a) Səhər oyananda həyəcanla işə gedirəm

b) Normaldır, günüm tez keçir

c) Sıxılıram, saatın keçməsini gözləyirəm

d) İş yerini tərk edəndə nəfəs alıram

 

İşdə yaradıcı ideyalarınızı ifadə edə bilirsinizmi?

a) Bəli, mənə daim qulaq asırlar

b) Bəzən fikirlərim nəzərə alınır

c) Təkliflərim çox vaxt qəbul edilmir

d) Bu haqda düşünmək belə istəmirəm

 

Rəhbəriniz və komanda yoldaşlarınızla münasibətiniz necədir?

a) Əla! Onlarla dost kimiyəm

b) İş çərçivəsində hörmətli münasibətimiz var

c) Əlaqələrim zəifdir

d) Mənə soyuq və maraqsız davranırlar

 

İşdən kənar vaxtınızda özünüzü necə hiss edirsiniz?

a) Enerjili və motivasiyalı

b) Yorğun, amma məmnun

c) Bitkin və sıxılmış

d) Sadəcə istirahət etmək istəyirəm

 

İşiniz sizin gələcək planlarınıza uyğundurmu?

a) Tam olaraq mənim üçün nəzərdə tutulmuş bir yoldur

b) Əsasən bəli, amma dəyişikliklər etmək istəyərdim

c) Gələcəkdə tamamilə başqa sahəyə keçmək istəyirəm

d) Bu işi gələcəkdə davam etdirmək fikrim yoxdur

 

Ailəniz və dostlarınız sizə hansı mövzuda məsləhət alır?

a) Peşəkar təcrübəm və uğur hekayəmlə bağlı

b) İş tapmaq və karyera planlaşdırmaq barədə

c) İşdən şikayət etdikdə məni anlayırlar

d) Onlara da mənim kimi nə iş etməməli olduqlarını deyirəm

 

Nəticə:

Əksəriyyət “a” və “b” cavabıdırsa:

Siz ya artıq xəyallarınızdakı işi tapmısınız, ya da ona çox yaxınsınız. Peşənizə qarşı motivasiya və sevgi hiss edirsiniz. Qarşınıza qoyduğunuz məqsədlərə doğru inamla gedirsiniz.

 

Əksəriyyət “c” cavabıdırsa:

Siz olduğunuz yerdən tam məmnun deyilsiniz. Bu vəziyyət müvəqqəti ola bilər, lakin dəyişiklik üçün plan qurmağın zamanı çatıb. Özünüzə uyğun sahəni tapmaq üçün araşdırmağa dəyər.

 

Əksəriyyət “d” cavabıdırsa:

Hal-hazırda etdiyiniz iş sizə heç bir mənəvi və ya yaradıcı doyum vermir. Sadəcə ehtiyacları qarşılamaq üçün işləyirsiniz. Bu, uzun müddət davam edərsə, sizi daha da yoracaq. Yeni yollar axtarmağa başlayın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir