qedim roma

Xəyanət edən qadınlara qarşı ərlərindən QƏRİBƏ ADDIM – FOTOLAR

Baxış sayı: 1. 829

Qədim Romadan söz düşəndə kiminsə gözü önündə əbədi şəhərin antik tarixi, kiminsə təsəvvüründə isə intim və əxlaqsız oyunların məskəni canlanır. Hətta Qədim Romanın qanunvericiliyinə nəzər salsaq, görərik ki, humanist qanunlarla birgə, qəribə və bəzən gülməli bəndlər də var.

“Gencaile.az” “Publika.az”-a istinadən Qədim Romanın ən maraqlı qadağalarının siyahısı təqdim edir:

İntihar

Qədim Romada sui-qəsdi qadağan edən qanun vardı. İnsan özünü birdən-birə öldürə bilməzdi. Bunun üçün öncə öz istəyini təsdiqləyən sənədi senata ünvanlamalı və hərəkətinin səbəbini ətraflı izah etməli idi. Yalnız səbəb senat üzvlərini qane etdiyi halda intihara izn verilir və həmin şəxs 1 qab zəhərlə “mükafatlandırılırdı”.

Ağlamaq

Qədim Romada dəfn mərasimləri yetərincə canlı keçirilirdi. Bu mərasimlərdə şən mahnılar və rəqslər bir-birini əvəz edir, aktyorlar mərhumun həyatının ən gülməli anlarını səhnəcik şəkilində canlandırırdı. Pulla tutulmuş xüsusi qadınlar isə, bərkdən ağlayır, üzünü cırır hətta saçlarını yolurdular. Sonunda isə bu kədərli qadın obrazı hər kəsi qıcıqlandırdığı üçün, senat dəfnlərdə ağlamağı hər kəsə qadağan etdi.

Qadın xəyanəti

Ailədə xəyanət mövzusuna gələndə isə, Roma qanunvericiliyi patriarxat mövqedə dururdu. Əgər bir kişi öz arvadını yataqda başqası ilə tutsaydı, onları evdə bağlayıb, sübut üçün qonşuları çağrmalı idi. Bundan sonra isə, qanuna görə mütləq boşanma prossesi başlayırdı. Əgər kişi istəsəydi, arvadının məşuqunu elə oradaca öldürə bilərdi və buna görə senat ona cəza kəsmirdi.

Fahişələrə qara saç qadağası

Qədim Romada fahişələr saçlarını qaraya boyaya bilməzdilər. İş onda idi ki, romalı əsgərlər müharibələrdən geri dönəndə özləri ilə birgə əsir qadınlar gətirirdilər. Həmin qadınlar ya köləyə çevrilir, ya da fahişə olurdular. Bu əsirlərin çoxu Avropa ölkələrindən gətirildiyi üçün saçları sarı və ya kürən idi. Odur ki, senat belə bir qanun qəbul etdi. Milliyətindən asılı olmayaraq bütün fahişələr saçlarını sarıya boyasınlar ki, qarasaçlı və hörmətli Roma xanımlarından seçilsinlər.

Təmtəraq

İmperator Neronun seksual oyunlarından və təmtəraqlı qonaqlıqlara xərclədiyi saysız-hesabsız pullardan xəbərsiz romalı yox idi. Lakin Neronun hakimiyyətinədək, qonaqlıq məclislərinin olduqca təvazökar keçirilməsi barədə mövcud qanun var idi. Bu qanun romalılara evinə həftə içi ən çox 3 nəfəri, istirahət günü isə 5 nəfəri qonaq dəvət etməyə icazə verirdi.

Leyla Sarabi




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir