“Günaydın” verilişində qonaq olan xalq artisti Arif Quliyev göz yaşlarını saxlaya bilməyib.
Uşaq evindəki günlərini xatırlayan aktyor indiyədək çoxlu “ana”sının, hətta “bacı”sının ortaya çıxdığını bildirib: “Mən düz 16 evə gedib anam olduğunu deyən qadınlara baş çəkmişəm. Kim Arif itiribsə, gəlib məni tapır. Amma başa düşmürlər ki, bu adı mənə ikinci sinifdə veriblər. Hər dəfə ona görə onların ayağına getmişəm ki, heç olmasa, ümidləri doğrulsun. Xızıdan bir gəlin çıxmışdı. Deyirdi bacınam. Oxşayırdıq da… O dedi ki, anamla atam sən balaca olanda ölüblər…
Hamını əsgərliyə evdən, məni isə Mingəçevirdə teatrdan yola salıblar. Biz avtobusda oturanda hərə öz əsgərinə əl edirdi. Bircə mənim pəncərəmin qabağı boş idi. Məni heç kəs yola salmırdı…”