medine eliyeva

Xalq artisti: “Məncə, teatrı sadiq qaldığı ənənələr ayaqda saxlayır” – MÜSAHİBƏ

Baxış sayı: 4. 296

İnsanların hobbi və zövq anlayışları , ən azı xarakterləri qədər müxtəlifdir, eləcə peşə seçimləri. Biri tarixlə yaxından bağlı peşələri heç sevməz. Çünki o, möhkəm yaddaş və diqqət tələb edir. Bunun əksinə, digər coğrafiya ilə bağlı peşələrə xüsusi maraq göstərir.  Çünki o. ən azı, insana xəyali də olsa, sərbəstlik duyğusunu yaşadır. Bir çoxlarına isə özündə eiyazi və həndəsi bilikləri toplyan ixtisaslar tamamilə uzaqdır. Ancaq mən inanmıram ki, kimsə incəsənət dünyasına biganə qala. Çünki incəsənət özündə elə dəyərləri birləşdirir ki, hər bir insan onun müxtəlif sahələrinə mənəvi ehtiyac duyur. Müraciət etdiyimiz növbəti sahə bir qədər fərqli olması ilə seçilir. Belə ki, budəfəki müsahibimiz olaraq Opera və Balet Teatrının sabiq baletmeysterləri, xalq artisti, “Qızıl dərviş” “Zirvə” mükafatı laureatı Mədinə Əliyevanı seçdik.

 

-Artıq 40 ilə yaxındır ki,baletmeyster kimi fəaliyyət göstərirsiniz.Bu illər ərzində opera və balet tamaşalarına quruluş verdiyiniz rəqslərlə ölkəmizi sərhədlərindən kənarda tanıtmısınız. Yəqin sənətə olan sevginin nəticəsidir ki. Hələ də peşənizə qarşı böyük məsuliyyət var.  Bütün mənfi amillər, necə düşünürsünüz, sənətə olan sevginin kölgəsində qalırmı?

– Bəli, çətinlik heç nəyə təsir etmir. Bəzən sənət, bir növ, idman kimi daha erkən yaşlardan məşğul olmağı tələb edir.Ona görə də bu sənətə qarşı gərək, başqa bir aludəlik, fanatlıq olsun insanda. Çnki bu sənətlə hələ uzun illər yol yoldaşı olacaqsan.

 

– Adətən, dostun vəfalı və ya vəfasız olması onunla uzaq səfərə çıxdığımız zaman bəlli olur. Sənətlə sənətkar da belədir. Siz sənətin hər bir çətinliyinə dözüb, ona illərinizi verirsiniz., o da bunun müqabilində sizi yüksəldir, ucaldır. Bəs siz necə yol yoldaşısınız?

– Yəqin ki, mən də sənətə qarşı etibarlı dostlardanam.Belə olmasaydı, bu qədər uzun müddət bərabər irəlləməzdik. Ümumiyyətlə, bizim sahəmiz geniş və hərtərəflidir. Yəni həm pedoqoq, həm quruluşcu baletmeyster, həm də xoreoqraf  kimi incəsənətə xidmət edə bilirik.

 

– Siz  bir neçə sahənin adını çəkdiniz. Aydındır ki, bunlardan hansısa birinin olmaması səhnə üçün bir boşluq , bir əskiklik yaradacaqdır. Müxtəlif sənətlərin bir nöqtədə birləşməsi səhnədə mükəmməl bir yaradıcı iş ortaya çıxarır. Bu mənada biz Opera və Balet Teatrında fəaliyyət göstərməsi üçün tez-tez əcnəbi mütəxəsislərə müraciət edildiyini görürük. Kadr potensialı baxımından bu qədər dəvətə, həqiqətən də, ciddi  ehtiyac varmı?

– Yeni təcrübələrdən, biliklərdən, ideyalardan istifadə edilməsi çox gözəldir. Bu hər bir teatra lazımdır. Çünki teatrın inkişafına, ümumi ab-havasına təsir edir. Ancaq bir istisna var: lazım və ehtiyac bilindikdə. Bizim bu sahədə kifayət qədər savadlı, ixtisaslı və təcrübəli kadrlarımız var.Onların əksəriyyəti vaxtilə Moskva və digər şəhərlərdə təhsil, təcrübə qazanıblar. Digər ölkələrin teatrlarından mütamadi olaraq mütəxəssis dəvət etməyi mənasız hesab edirəm. Bu, bizim öz kadrlarımızda, xüsusən gənclərdə sənətə olan sevgini, həvəsi, etimadı azalda bilər. Söylədiyim kimi, beynəlxalq təcrübədən yararlanmaq gözəldir. Ancaq tək bu sahədə deyil, bütün sahələrdə bizim milli kadrlarımıza, özümüzə inamımız olmalıdır.

 

 – Necə bilirsiniz, mütəxəssis olaraq xaricdən dəvət olunan qonaqlar fəaliyyət baxımından bizdən daha yüksək peşəkarlıq göstərə bilirlərmi? Yəni bu addımla biz mədəniyyətin və incəsənətin xeyirinə nələrə nail ola bilirik?

– Ümumiyyətlə, düşünürəm ki, heç kəs klassik musiqiləri bizim kimi dərindən duya bilməz. Çünki bu, həqiqətən də, qanımızda irsimizdə var. Üzeyir Hacıbəyli kimi bir dahi yetişdirən xalq başqa cür ola da bilməz. Ona görə də ən yaxşı işi peşəkarlıqla elə özümüz görə bilirik. İstənilən sahənin inkişaf etməsi bu sahəyə yeni gələn gənc kadrların ixtisaslaşmasından, təcrübəsindən, savadından asılıdır. Hazırda elə problemlər var ki, biz onlarıaraşdırıb həllinə çalışmasaq, gələcəkdə həmin sahələrdə boşluqların yarımçıqlığın olması da qaçılmazdır. “Xarici mütəxəssislər bizdən yaxşıdır” düşüncəsində olmağın qəti əleyhinəyəm. Çünki bizim xalqımız kifayət qədər istedadlı, savadlı xalqdır. Hər şeyin də öhdəsindən gələ bilərik.

Mədinə Əliyeva — Vikipediya

– İllər öncə müəllimlər, sənətkarlar özlərindən sonra layiqli yeni nəsil, yeni irs yetişdirmək üçün daha çoxçırpınırdılar. İndi isə bu addım, bu istək bir qədər azalıb. Siz necə düşünürsünüz?

Bizim müəllimlərimiz olan sənətkarlar, hər şeydən əvvəl, özlərindən sonra sənəti layiqincə davam etdirə biləcək yeni nəsil yetiçdirməyə çalışırdılar. Ancaq burda başqa bir məqam da var: onlar bunu özlərinə borc hesab edirdilər. Deməzdim, bu dəyərlər indi qalmayıb, ancaq bir az azalıb.

 

-Uzun illərdir bu sahədəsiniz. Sizə görə, teatrı ayaqda saxlayan, onun ab-havasını, üslubunu, tərzini, inkişaf xəttini qoruyub saxlayan əsas məqam hansıdır?

– Teatrı ayaqda saxlayan , mənə görə, onun sadiq qaldığı ənənələrdir. Bu ənənə teatrın gücüdür.  Yəni teatr görünüşünü dəyişə bilər, repertuarını tamamilə yeniləyə bilər, kollektivə yeni simalar, yeni istedadlar cəlb edə bilər, fərqli dünyagörüşü olan rejissorlar tamaşaları bir başqa tərəfdən tanıda bilərlər və s. Bütün bunlar dəyişsə də, teatrın təməlində olan o ədət-ənənə, mənəvi dəyərlər dəyiçməməlidir. Çünki bu mənə görə, teatrın möhür vurduğu uğurdur ki, ondan yaxşı da heç nə tapılmayacaq.

 

-Yeni nəsildə öz dövrünüzün həvəsini, sevgisini enerjisini görə bilirsinizmi?

– Eiraf edim ki, yox. Bilirsiniz ki, Azərbaycan mədəniyyəti ulu öndərimizin xüsusi diqqət yetirdiyi sahələrdən idi. Yaxşı yadımdadır, bizim “Qız qalası” tamaşamıza baxdıqdan sonra hələ o dövrdə solistlərin məvacibini bir neçə dəfə artırmışdı. Biz öz dövrümüzdə daha az  məvaciblə səhərdən axşama qədər bu sənətə aid nə isə öyrənməyə  çalışırdıq, dayanmadan məşqlər edirdik. Yəni deməyim odur ki, insanın peşəsinə olan məsuliyyəti, sevgisi hər kəsin fərdi olaraq daxilində daşıdığı bir keyfiyyət, bir dəyərdir. Şəraitsizlik, məhdud imkanlar, maddi cəhətdən sıxıntılar və s. peşəyə olan sevgini, həvəsi öldürə bilməz. Deyim ki, sənətə olan məsuliyyət ona olan hörmətdən irəli gəlir. Gənclərimiz arasında məsuliyyətli, işinə son dərəcə sayğılı olanlar da çoxdur. Bizdən sonra bu sənəti də onlar davam etdirəcəklər.

 

Söhbətləşdi: Günay Camalqızı        




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir