1970-ci illərin öndə olan modası dəst geyimlər yenidən dəbdədir. Məhz belə geyimlər 2015 yaz-yay sezonuna öz damğasını vuracaq.
Moda dünyasında “Matching set” adlandırılan kostyumlar ötən mövsümlərdə crop top və ətək şəkilində ortaya çıxmışdı. Bu mövsüm də ətək və crop üstlər dəst halında geyiniləcək. Ancaq bütün alt-üst geyimlərin dəst olmasına üstünlük veriləcək.
Ağlınıza gələn bütün geyimlərin eyniləşdiriləcəyi, eyni parçadan olan geyimlərin birlikdə geyiniləcəyi dəb mövsümü sizləri gözləyir, əziz xanımlar.