qadin

Xanımlar üçün az xərcləyərək dəbdəbəli yaşamağın 11 yolu

Baxış sayı: 1. 627

lin ilk aylarında insanların xərcləri nisbətən daha artıq olur. Yeni il bayramının ardından Sevgililər Gününün də ilin əvvəlinə təsadüf etməsi xərclərin artması ilə nəticələnir. Xüsusən xanımlar daha çox pul xərcləməsi ilə seçilir. Bəs özümüzü xırda zövqlərdən və sevinclərdən məhrum etmədən necə qənaət edə bilərik? Gəlin birlikdə nəzər salaq.

 

1) ƏSLİNDƏ NƏ QƏDƏR PULA SAHİB OLDUĞUNUZU ANLAYIN

Gəlir-xərc hesabatı aparın. Aylıq nə qədər qazanırsınız? Təsəvvür edək ki, aylıq əməkhaqqınız 1200 AZN-dir. Bu məbləğin 400 AZN-i ipoteka kreditinə ödənilir. Daha sonra kommunal xərcləri (120 AZN), mobil rabitə və internet xərclərini (30 AZN), aylıq ərzaq xərcləri (200 azn) və nəqliyyat xərclərini (50 AZN) həmin məbləqdən çıxın. 1200-dən 800 AZN-i çıxıb, yerdə qalan məbləği 30 günə bölüb bir gün ərzində xərc limitinizi müəyyən edə bilərsiniz. Əgər bu məbləğin müəyyən hissəsini yığım, əmanət üçün ayırsanız gündəlik xərc limitiniz bir az da azalacaq. Belə hesablamalar sizin əslində nə qədər pula sahib olduğunuzu anlamağa kömək edəcək. Adətən bu, ani yaranan emosional xərclərdən qorunmağa kömək edir: Məsələn, yeni dırnaq boyası, telefon üçün yeni üzlük və s.

 

2) QAZANDIRAN KARTLARDAN İSTİFADƏ EDİN

Buna “cash back”li və ya bonuslu kredit kartlarını, həmçinin kartda olan balansa aylıq faizlərin hesablandığı debet kartlarını aid etmək olar. Pulu adi maaş kartında saxlamaq əvəzinə, qalıq məbləğə illik 5%-in hesablandığı Bolkart debet kartına yerləşdirib, xərcləyə bilərsiniz. Bu zaman həm onlayn, həm də gündəlik alış-veriş zamanı 45%-dək CASHBACK qazanacaqsınız, həm də kartda qalan məbləğə faizlər hesablanacaq.

 

Woman Holding Card With Macbook Air on Lap

3) ƏN ÇOX ALIŞ-VERİŞ ETDİYİNİZ DÜKANLARA ABUNƏ OLUN VƏ ENDİRİMLƏRİ İZLƏYİN

Bir çox dükanlar loyallıq kartları və endirim kuponları təklif edir. Məsələn ABŞ-da Old Navy, Calvin Klein və ya Tommy Hilfiger kimi məşhur brendlərin saytlarına abunə olmaq olur. Eyni qaydada Avropa ölkələri və brendləri üçün də keçərlidir. Bu zaman sizə mütəmadi olaraq endirim kuponları gəlir və sonra həmin endirimləri məhz öz istədiyiniz məhsula tətbiq etmək şansınız olur. Alış-veriş etdiyiniz dükanlara onlayn abunə olduqda, endirimlərdən ən tez siz xəbərdar olursunuz. Reklamdan əlavə emailnizə faydalı yazılar da gəlir: Bu qapalı endirimlər, yarmarkalar, hansısa məhsul qrupuna nəzərdə tutulmuş endirimlər, ad günləri və digər özəl günlər ilə bağlı endirimlər ola bilər. Endirim kodları sizə bəzən 10-40% arası qənaət etmək imkanı verir.

Bakıda bu cür endirimləri  MyBrands kartları vasitəsi ilə əldə etmək mümkündür. Şəhərimizdə isə bir sıra ticarət şəbəkələrini birləşdirən klublar mövcuddur ki, onlara qoşularaq müxtəlif kartlar əldə etmək və imtiyazlar qazanmaq mümkündür.

Məsləhət: Hansısa bir paltarı alıb-almayacağınıza qərar verə bilmirsinizsə, onun dəyərini qarşıdan gələn mövsüm ərzində həmin paltarı neçə dəfə geyinməyi təxmin etdiyiniz gün sayına bölün. Yəni bu paltara nə qədər pul verirsiniz və onu neçə dəfə geyinəcəksiniz? Onda seçim qarşısında qaldığınız libasın universal olub-olmadığını bilmək daha asan olur. Belə hesablamalar sizi gərəksiz alış-verişdən qoruyur və pula qənaət edə bilirsiniz. Bu prinsip kosmetika, üz maskaları, çanta və ya ayaqqabı alan zaman da işə yarayır.

Woman Wearing Black Blazer Holding Shopping Bags

4) LOYALLIQ KARTLARI OLAN ƏRZAQ DÜKANLARINDA ALIŞ-VERİŞ

Libas almaqdan yayınmaq olur, amma ərzaq və qidada xəsislik edib özünüzü xəstəliyə sala bilməzsiniz. Bu zaman qənaət etməyin ən yaxşı yolu loyallıq kartlarıdır. Məsələn Bazar Store, Fresco kimi dükanların müştəri kartları var ki, alış-veriş etdikə həmin karta müəyyən vəsait yığılır və ondan daha sonra istifadə etmək olur. Həmçinin bəzi məhsullar kart sahiblərinə endirimli qiymətlərlə təqdim olunur. Analarımız belə kartlardan çox istifadə edir, bəs niyə biz onların yolu ilə getməyək?

 

5) MÜXTƏLİF XİDMƏTLƏRDƏN MÜŞTƏRƏK İSTİFADƏ EDİN

Uşaqlardan öyrənməkdə də fayda var, bəzən bir neçə balaca uşaq yığışıb birlikdə hansısa bir play-station oyununu alır və ya abunə olub, onu müştərək şəkildə istifadə edirlər. İndi Bakıda bir çox istifadəçilərin HBO, Netflix kimi televiziya kanallarının abunəliyini daha bir neçə insanla paylaşdıqlarını görürük ki, bu da xərcləri azaltmağa imkan verir. Buna ödənişli youtube kanallarını, ödənişli proqramları da aid etmək olar. Abunəlikləri paylaşaraq xərcləri azalda bilərsiniz. Məsələn, hansısa onlayn kitabxana ödənişlidir. Siz bir neçə dostunuzla birlikdə bir hesab üzərindən həmin kitabxanaya abunə ola bilərsiniz. Bu zaman, hər dəfə aylıq ödənişləri öz aranızda bölmək, ya da onları növbəli şəkildə ödəmək olar.

Photo of Cup Near Flat Screen Television

6) ÇOX TEZ TÜKƏNƏN MƏHSULLARI TOPDAN ALIN

Bu cür praktika ABŞ-da geniş istifadə olunur. Düşünürəm ki, ölkəmizdə də istifadə imkanları vardır. Hər bir evdə və təssərrüfatda çox istifadə olunan müəyyən məhsullar vardır: Yuyucu toz, sabun, gigiyena kağızı, su, çay, düyü və s. Bu kimi məhsulları böyük ölçülərdə, topdan qiymətə almaq mümkündür.

 

7) XƏRC GÜNLƏRİNİ MÜƏYYƏN ETMƏK

Ayda xərclər üçün iki gün müyyən edin. Hər gün dükana getmək – hər dəfə əlavə vaxt və pul israfı deməkdir. Bu xərc hesabatını da çətinləşdirir. Əsas ərzaq alış verişi üçün ayın müəyyən günlərini seçin Unutmayın ki, əgər sizə bir dəfə gəlir gəlirsə, xərc isə daha çoxdursa, onda xərclərin gəlirləri üstələməsi adi hal olacaq.

Məsləhət: Alış-veriş siyahısı tutun. Nə alacağınıza dükana getmədən qərar verin. Həmçinin dükanda qarşınıza çıxan, “bəlkə indi lazim deyil, amma sonra lazım ola bilər” fikrinə və həyəcanına qapılmayın.

Woman Standing Beside Pineapple Fruits

8) ERKƏN REZERVASİYA ENDİRİMLƏRİ

Əgər adi alış-verişlərdə təmkinli davranıb, endirimləri gözləmək lazım gəlirsə, otel bronları və ya təyyarə biletlərinin alınmasında bunun tam əksinə cəld davranmaq gərəkdir. Məsələn, yay istirahəti haqda düşünürsünüzsə, erkən rezervasiya xidməti üçün turizm şirkətlərinə müraciət edin. Həmçinin gələn Yeni il gəzintisini də bir il öncədən ala bilərsiniz. Səyahətinizi qeyri-mövsüm dönəmlərinə planlaya bilərsiniz. Məsələn, yanvar ayının sonu və fevralın əvvəlləri, oktyabr-noyabr ayları bir çox turistik şəhərlərdə ən aşağı mövsüm hesab olunur.

Müxtəlif tədbirlərdə, kurslarda, konsertlərdə erkən bilet alanlara endirimlər nəzərdə tutulur. Məhz erkən rezervasiya sayəsində bütün ətrafınızdakılar səyahət edir.

 

9) İSTİFADƏ ETMƏDƏYİNİZ ZİYAFƏT GEYİMLƏRİNİ SATIN

Hər bir xanımın qarderobunda çox pul verib aldığı, sadəcə bir dəvətə geyinib sonra gözündən düşən libaslar vardır. Hətta dolaba nəzər salsanız, bəlkə də yarından çoxu belə libaslardır ki, nə atmağa, nə də bağışlamağa əliniz gəlmir, çünki gündəlik geyimlər deyil. Bu geyimləri onlayn satış vasitələri, facebook qrupları və satış saytları vasitəsilə sata bilərsiniz. Hansı qiymətə satmağın fərqi elə də yoxdur. Bir neçə belə libas satandan sonra ürəyinizdən keçən yeni birini könül rahatlığı ilə ala biləcəksiniz.

Photo of Woman Sitting on Boat Spreading Her Arms

10) ƏNƏVİ “TAXİ”LƏR ƏVƏZİNƏ TƏTBİQLƏRDƏN İSTİFADƏ EDİN, NƏQLİYYATI PAYLAŞIN

İctimai nəqliyyatdan daha çox istifadə etməyə çalışın. Bakıda bu, çox rahat və ucuzdur. Müəyyən məkanlara getmək üçün mütləq taksi istifadə etməlisinizsə, onda daha yaxşı olar ki, Taxify, Uber, 189 kimi xidmətlərdən istifadə edəsiniz. Bu, həm təhlükəsizlik, həm də qiymət baxımından daha sərfəli olur. Taksidə hər hansı bir əşyanı düşürsəniz belə, sonra həmin sürücü ilə əlaqə yarada bilmək imkanları yüksəkdir.

Uzaq səyahətlər zamanı “car sharing” edə bilərsiniz. Eyni istiqamətdə hərəkət edən hər hansı bir yoldaşınız ilə yol xərclərini paylaşmaq səfər xərclərini azaltmağa imkan verir.

 

11) QƏNAƏT HAQDA BLOQLARI OXUYUN, BAZARI NƏZARƏTDA SAXLAYIN

Mətbuatda mütəmadi olaraq, bazar araşdırmaları və təhlillər edirik. Bu, sizə müxtəlif xidmətləri – stilist, fotosessiya, manikür, vizaj – bazarda hansı qiymət aralığında əldə edə biləcəyiniz haqqında təsəvvür yaratmağa imkan verəcək. Bu zaman qiymətdə aldanmaz, ən yaxşı xidmətlərdən və endirimlərdən xəbərdar ola bilərsiniz. Qənaət haqqında bloqlarda həmçinin müxtəlif məhsullar ilə bağlı icmallar yazılır və rəylər paylaşılır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir