54a5e6cfb5aa189198ddc3200deed157

Xanımlarımızın gözündə: Ən yaraşıqlı və çirkin futbolçu kimdi? – SORĞU

Baxış sayı: 2. 570

Ulduz futbolçular təkcə oyunu ilə deyil, həm də xarici görünüşü ilə diqqət çəkməyə cəhd edirlər. Bu tendensiya artıq Azərbaycanda da yaranmağa başlayıb. Kimisi saç düzümünə diqqət ayırır, kimisə saqqalına, kimisi də geyiminə. 

Apasport.az saytının əməkdaşının bu sualını Azərbaycan KİV-nin xanım nümayəndələri cavablandırır.

Gunay Yelmarqızı (Lider TV): “Qarabağ”ın bütün futbolçuları yaraşıqlıdı. Amma ən yaraşıqlıları İbrahim Şehiç və Qara Qarayevdi. Çirkin hesab etdiyim futbolçu isə yoxdu”.

Səmra Əliyeva (Antenn FM): “Çirkin futbolçular Ernest Nfor, Araz Abdullayev, Ramal Hüseynov və Çumbinyodu. Yaraşıqlılar isə Ruslan Əmircanov, Maksim Medvedev, Məqsəd İsayev və Emil Balayevdi. Əslində, siyahı uzundu. Amma hamısının adını çəkə bilmərəm. Hər birinin xətrini çox istəyirəm. Yaxşı futbolçulardı. Sadəcə, mən belə hesab etdim. Üzrlü saysınlar (gülür)”.

Ləman Mustafaqızı (Lent.az): “Çirkin futbolçuların adlarını çəkmək istəmirəm. Yaraşıqlılar isə mənə görə, İbrahim Şehiç və Qara Qarayevdi”.

Röya Kərimli (Sportnet.az): “Legionerlər arasında ən çirkin futbolçu Reynaldo, yaraşıqlı isə Georgi Lomayadı. Yerlilərdən isə ən çirkini Araz Abdullayev, yaraşıqlısı isə Rasim Ramaldanovdu”.

Vüsalə Məmmədova (Lent.az): “Ümidverici olmayan futbolçu “krasavçik” də olsa, gözümə yaraşıqlı görünmür. Ona görə də mən belə sıralayım.  Futbolçu xarizması gördüyüm “Qarabağ”lılar – Rəşad Sadıqov, Qara Qarayev və Bədavi Hüseynovun adlarını çəkə bilərəm. Çirkin futbolçular isə çoxdu (gülür). Bu adını çəkdiklərim ona görə gözümə yaraşıqlı gəliblər ki, onlarda futbolçu xarizması və potensialı var. Belə cəhətləri olmayanlar çoxdu və onların hamısını çirkin saya bilərik”.

Əzizə İsmayılova (Antenn FM): “Azərbaycan futbolunun ən yaraşıqlısı Vaqif Cavadov, çirkini isə Riçard Almeydadı”.

Əsmər Nəcməddinqızı (ATV): “Ən yaraşıqlı futbolçumuz Ruslan Abışovdu. Çirkin futbolçu isə Bədavi Hüseynovu sayıram”.

Səidə Şəfiyeva (ATV): “Ən yaraşıqlısı Ruslan Abışov, çirkini isə Əfran İsmayılovdu”.

Təranə Xudabaxşıyeva (Taekvando üzrə milli hakim və idman jurnalisti): “Mənim üçün yaraşıqlı ən gözəl oyun nümayiş etdirəndi. Buna görə də konkret yaraşıqlı-çirkin kiminsə adını çəkmək çətindi. Əsas odu uğurlu oyunları ilə yaraşıqlı obraz yaradan futbolçularımız bol olsun. Çirkin yox, yaraşıqlı futbolçunun adını çəkərəm. Mənə görə, bu il ən yaxşı oyunu ilə yadda qalan “Qarabağ”ın oyunçusu Reynaldo ən yaraşıqlı futbolçudu”.

Sevinc Xanqızı (TRT-nin Bakı müxbiri): “Kişilərdə xanımlar kimi gözəl, çirkin dəyərləndirilməsi edilmir. Kişilərdə daha çox axtarılan özəllik “pulu varmı, yoxmu” olduğu üçün bütün futbolçular yaraşıqlı hesab oluna bilərlər (gülür). Bizimkilərin hamısı bir-birinə oxşayır. Buna görə də, ad çəkə bilməyəcəm”.

Günel Əbilova (“Qafqazinfo”): “Düzü, çox çətin seçimdi. Bir-bir futbolçuları gözümün qarşısına gətirdim. Çünki yaddaşlara həkk olunacaq yaraşıqlı futbolçu o qədər azdı ki, adam adlarını çətinliklə xatırlayır. Ruslan Abışov, Ağabala Ramazanov və Emil Balayev yaraşıqlı futbolçulardı. O birilərin adını çəkmək istəmirəm”.




1 şərh “Xanımlarımızın gözündə: Ən yaraşıqlı və çirkin futbolçu kimdi? – SORĞU

  1. sura

    Azerbaycanin en yarasiqli futbolcusu mene gore Qara Qarayevdir.Men onu Ezra dizisinin Mehmetine benzedirem ama Qara ondan daha yarasiqlidir

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir