Xardal tək qidaya əlavə kimi yox, müalicəvi vasitə kimi geniş istifadə olunur.
“Gencaile.az” saytı xəbər verir ki, xardal mədə-bağırsaq sistemi üçün çox xeyirlidir, iştahanı artırır, həzm proseslərini yaxşılaşdırır. Bədəndə yağların parçalanmasını sürətləndirir.
Xardalın əsas xeyirli xüsusiyyətlərini təqdim edirik:
1. Piylərin parçalanmasını sürətləndirir.
2. Soyuqdəymə xəstəlikləri, öskürək, laringit zamanı orqanizmə qızdırıcı təsir edir və qan dövranını sürətləndirir.
3. Bronxit, revmatizm, nevralgiya, radikulit, podaqra, nevrit zamanı xardal yarpaqları müalicəvi vasitə kimi geniş istifadə olunur.
4. Müntəzəm qəbul etdikdə beyində qan dövaranı stimullaşdırır, yaddaşı və zəkanı gücləndirir.
5. Yağlı dəri və saçlar üçün olan kosmetik maskalarda istifadə olunur.