“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə daha çox havanın soyuq keçdiyi günlərdə hazırlanan xaşılın necə hazırlanmasından bəhs edəcəyik.
İnqrediyentlər
1,5 stəkan un
1,5 litr su
4 x.q.ərinmiş yağ
4 x.q. şəkər tozu
zövqə görə bəhməz
zövqə görə duz
Hazırlanma mərhələsi
Aluminium qazanda duzlu su qaynadılır. Bu suya qarışdırılaraq az-az un tökülür. Xama qatılığında olanda boşqablara tökülür. Ortasından qaşıqla çökəklik açılır. Çökəkliyə ərinmiş yağ qoyulur. Üzərinə də bəkməz və ya şəkər tozu gəzdirilir.
Təqdim etdi: Məsudə Sultan