Xərçəngə yoluxmamaq üçün nə yeyək?

Baxış sayı: 2. 003
Rusiya mətbuatının məlumatına görə, bəzi qidalar xərçəng hüceyrələri ilə mübarizədə orqanizmə kömək edir. Belə qidalardan biri də pomidordur. Onun tərkibində karotinoid likopin maddəsi var. Həmin maddə sayəsində orqanizmdən azad radikallar çıxır ki, bu da xərçəng hüceyrələrinin yaranmasının qarşısını alır. Pomidorun termik emalından sonra likopin miqdarı böyüyür.
Xərçəngə qarşı ən effektiv mübarizə aparan qidalardan biri də kələmdir. Kələmin tərkibindəki maddələr xərçəngə yol açan zəhərli maddələri orqanizmdən kənarlaşdırır.
Qoz da xərçənglə mübarizədə effektivdir. Gün ərzində bir neçə qoz prostat xərçənginin və süd vəzi xərçənginin qarşısını ala bilər.
Mədə-bağırsaq xərçənginin qarşısını almaq üçün isə sarımsaq kifayət edir.
Xərçənglə mübarizə üçün effektiv olan qidalar sırasına giləmeyvə, paxla, zeytun yağı, qırmızı şərabı da daxil etmək olar. /milli.az/



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir