musiqi

Xərçəngin müalicəsində musiqi terapiyası

Baxış sayı: 1. 658

Musiqinin insana terapiya təsiri göstərdiyi elmi araşdırmalarla dəfələrlə təsdiq olunub. Mütəxəssislərin proqnozlarına görə isə yaxın illərdə həkimlərin yazdıqları reseptlərə musiqi siyahısı da əlavə edəcəkləri gözlənilən haldır.

Xarici mətbuat yazır ki, “Memorial Sloan-Kettering” Xərçəng Mərkəzində canlı musiqi ilə müalicə üsulları tətbiq olunub. Nəticədə canlı musiqinin xərçəng xəstəliyindən əziyyət çəkən xəstələrdə stres və gərginliyi azaltdığı müşahidə olunub. Belə ki, xəstələr musiqinin təsiri ilə bədənlərini ritmə uyğun hərəkət etdirərək beyinə daha çox siqnal göndərirlər. Bu zaman müvəqqəti də olsa, gündəlik stresdən uzaqlaşır və ancaq musiqinin ahənginə qapılırlar.

Başqa araşdırmanın nəticələrinə görə, musiqi parkinson xəstəliyindən əziyyət çəkən insanlara son dərəcə yaxşı təsir edir.

Gələcəkdə alimlər hansı xəstəliyə hansı növ musiqinin yaxşı təsir etdiyini araşdıracaqlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir