Pəhriz zamanı istifadə edilən ərzaqlara xüsusi önəm verilməlidir. Çünki elə qida qəbul olunmalıdır ki, o, həm puylənmə verməsin, həm də orqanizmi sağlam saxlasın. Sağlam və effektli arıqlamanın ən asan yolundan biri də xiyar pəhrizidir.
Beləliklə, xarici mətbuata istinadən xiyar pəhrizinin qaydalarını təqdim edirik:
Səhər: Bir dilim qara çörək və bir neçə xiyar yeyin
Nahar: Tərəvəz şorbası və bir neçə xiyar
Şam: İstədiyin qədər xiyar
Pəhriz zamanı şorbanı suda bişmiş ət parçası ilə əvəz etmək olar.
Gün ərzində yediyiniz xiyarların sayı 4-dən az olmasın.