Xolesterolun keyfiyyəti sağlamlığa təsir edir, həkimlər bunu həmişə təkrarlayırlar. Aşağı sıxlıqlı xolesterin qan damarlarında yığılır və infarkt və insultlara səbəb olur. Yüksək sıxlıqlı xolesterin isə əksinə, qan damarlarını təmizləyir və “pis” xolesterolu yandırılmaq üçün qaraciyərə aparır. Hansı məhsullar bu prosesə təsir edə bilər? Bu barədə doktor Aleksandr Myasnikov “Rosiya” telekanalında yayımlanan öz müəllif verlişində danışıb. O, “pis” xolesterini aşağı salan bir sıra qidaların adlarını sadalayıb.
Qoz-fındıq
“Gündə 70 mq dozada olan qoz-fındıq xolesterolu bir 10 mq-lıq atorvastatin tableti qədər azalda bilər”, -həkim və televiziya aparıcısı bir araşdırmaya istinad edərək belə deyib. Mütəxəssis vurğulayıb ki, qoz-fındıq hər bir insanın qida rasionuna daxil edilməlidir.
Qırmızı düyü
Doktor Myasnikov bu məhsulu pəhriz məhsulu adlandıraraq, qırmızı düyü yeməyi qaydaya çevirməyi tövsiyə edir. Onun kalorisi azdır və mədəni yaxşı doldurur. Bundan əlavə, qırmızı düyü struktur olaraq statinlərə bənzər bir maddə ehtiva edir. Onu yeyəndə xolesterolu etibarlı şəkildə azaldır.
Üzüm
Həkimlər aterosklerozun qarşısını almaq üçün üzüm yeməyi məsləhət görürlər. Bu dadlı meyvə orqanizmdə “yaxşı” xolesterinin səviyyəsini artırır.
Balıq və dəniz məhsulları
Omeqa-3 doymamış yağ turşuları maddələr mübadiləsinə faydalı təsir göstərir, “pis” xolesterolu azaldır və “yaxşı” xolesterolu artırır.
Bitki yağı
Bitki yağı omeqa-6 doymamış yağ turşuları ilə zəngindir, bu da “pis” xolesterinin səviyyəsini azaldır. Doktor Myasnikov vurğulayır ki, yağ turşularının balanssızlığından qaçmaq üçün həm balıq, həm də yağ yemək lazımdır.
Sarımsaq
Sarımsağın tərkibində xolesterin və qan təzyiqini aşağı salmağa kömək edən bioloji aktiv maddələr var.
Həkim qeyd edib ki, xolesterola faydalı təsir göstərən qidalar arasında qəhvə, tünd şokolad və soya da var.
Nubar Süleymanova