xoruldama

Xoruldamağın səbəbləri: Nəyə DİQQƏT olunmalıdır?

Baxış sayı: 1. 143

Yatarkən hamı xoruldaya bilər, amma daimi olaraq xoruldamaq normal hal deyil və problem olduğundan xəbər verir. Bəs xoruldamaq nədən yaranır?

“Gencaile.az” Türkiyə mediasına istinadən qulaq-burun-boğaz xəstəlikləri uzmanı Ozan Seymen Sezenin bununla bağlı fikirlərini təqdim edir.

Xoruldamaq genetik ola bilər. Bu, əsas amillərdən biridir. Çənə, udlaq, boğaz, boyun, burun, dil kökünün quruluşu xoruldama yarada bilər. Bəzi şəxslərdə bu bölgələr dar olduğuna görə, xoruldamağa meyllilik yaranır.

Çəkinin artması əsas səbəblərdən biridir. Çəki artdıqca boyun, boğaz, dil və dil kökündə həcm artır, əzələlərin gücü azalır, bu isə xoruldamağa səbəb olur.

Yaş artdıqca xoruldama probleminin ortaya çıxması mümkündür. Yaşlandıqca nəfəs alma ilə bağlı əzələlərin gücünün azalması və xoruldamanın da bu səbəbdən yarandığı məlum olub.

Xoruldamağa kişilərdə daha çox rast gəlinir. Qadın hormonları xoruldamağa qarşı qoruyucu rol oynayır. Amma qadınlarda menopauza dövründə hormonların qoruyucu funksiyası aradan qalxır deyə boğaz quruluşu xoruldamaq üçün uyğun olan hala gəlir.

Ələlxüsus da qadınlar kökəldikləri halda kişilər qədər xoruldaya bilirlər.

Tütün məmulatları, siqaret, qəlyan istifadəsi xoruldamanı artıran faktorlardan biri sayılır. Həmin maddələr burunda, boğazda və dil kökündə iltihabsız infeksiya yaradır, şişkinliyə yol açır, daralmaya səbəb olur.

Hormonal dəyişikliklər də səbəblərdən biridir. Ən çox da tiroid vəzi normal çalışmayanda, hipoterioz, şəkər xəstəlikləri olanlarda, aybaşı pozğunluğu yaşayan, vaxtından əvvəl menopauzaya girən qadınlarda xoruldama artır.

Mədədə olan problemlər, ən çox da reflüks xəstəliyi xoruldama yarada bilir.

Yuxu dərmanları, yuxu nizamını pozan nevroloji dərmanlar, allergiyaya qarşı dərmanların da xorultuya səbəb olduğu bildirilir.

Burun tıxanmasının xoruldamağa səbəb olduğu bildirilsə də, bu, bütün xoruldamaq problemlərinin cəmi 15-20 faizini təşkil edir.

Mütəxəssis onu da vurğulayıb ki, əgər xoruldama yuxuda nəfəsin kəsilməsi ilə də müşayiət olunursa, bu hal kənardan duyulursa, eləcə də səhərlər yuxudan yorğun halda oyannma varsa, gün ərzində yatmaq ehtiyacı ortaya çıxırsa, bu, “yuxu apnesi” deyilən bir halla bağlı ola bilər. Bu isə təhlükəli hesab olunur.

Tədqiqatlar göstərir ki, yuxu apnesi olanlar daha az yaşayır. Bu şəxslər gün ərzində yuxulu olmaq səbəbindən daha çox yol və digər qəzalar törədirlər. Onlarda yüksək təzyiq, şəkər, ürək xəstəlikləri, ritm pozğunluqları, damar tıxanıqlığına daha çox rast gəlinir. Bunlara bağlı olaraq yuxuda ani ölüm, infarkt, iflic olma riskləri daha yüksəkdir.

Ona görə də xoruldama varsa, buna diqqətlə yanaşmaq lazımdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir