edviyyatlar

Xoş ətri və dadı ilə süfrənizə rəng qatan ƏDVİYYATLARIN FAYDALARI

Baxış sayı: 985

Şirniyyatlara və yeməklərə əlavə ləzzət qatan ədviyyalar, sağlamlıq üçün də olduqca faydalıdır.

Qədim dövrlərdən bəri şəfa mənbəyi olaraq istifadə edilən ədviyyatlar, bu gün də bir çox xəstəliyə qarşı qoruyucu təsir göstərir və yaranma risqini aşağı salır.

Beləliklə, təkcə dadı ilə deyil eyni zamanda sağlamlığa faydası ilə seçilən bir neçə ədviyyatı sizə təqdim edirik.

Sarıkök

Sarıkök tərkibindəki antioksidan birləşmələr sayəsində sağlamlıq üçün vacib bir ədviyyatdır. Tərkibi yod, fosfor, dəmir, kalsium, C, B1, B2, B3 vitaminlər ilə zəngindir.

Təzə sıxılmış sarıkök şirəsi müxtəlif dəri xəstəliklərinin sağalmasına kömək edir.

O müxtəlif xərçəng xəstəliyi növlərində də müalicəvi təsir göstərir. Öd kisəsi xəstəlikləri olan insanların sarıkök istifadə etməsi tövsiyyə olunmur.

Darçın

Darçın xoş ətri və ləzzəti ilə bərarər, tərkibi faydalı vitamin və mikroelementlərlə zəngindir. O immun sistemini gücləndirir, orqanizmin virus və mikroblara qarşı müqavimtini artırır. Soyuqdəymə və qrip zamanı darçından faydalanmaq olar. O eyni zamanda stress və narahatlığı aradan qaldırmağa da kömək edir.

Zəncəfil

Zəncəfil qədim zamanlardan bu yana möcüzəvi sağlamlıq vasitəsi kimi istifadə edilir. O həzmi yaxşılaşdırır, qan dövranını sürətləndirir və bədən temperatorunu tarazlaşdırır. Tərkibi faydalı mineral və vitaminlərlə zəngin olan bu ədviyyatın tənəffüs yolu, şəkərli diabet kimi xəstəliklərin müalicəsində istifadəsi müsbət nəticə verir.

Zəfəran

Azərbaycanda istifadəsi olduqca populyar olan bu ədviyyatın tərkibində 150-dən çox xüsusi maddə var. C vitamini, maqnezium, dəmir, kalsiumla zəngin olan zəfəran qandakı şəkərin miqdarını tənzimləyir. Arıqlamaq istəyənlər üçün də istifadəsi oldqca əlverişlidir, çünki, iştahı azaldır. Bundan əlavə o, xərçəng risqini azaldır. Lakin hamilələr üçün zəfərandan istifadə etmək təhlükəli hesab olunur.

İstiot

Gündəlik məişətdə istiotun bir neçə növündən (ağ, qara yaxud qırmızı istiot) istifadə olunur. İstiot potasium, maqnezium, dəmir, C vitamini və faydalı minerallarla zəngindir. Öskürək, soyuqdəymə və qripin qarşısını almağa, həzm sistemini yaxşılaşdırmağa kömək edir. Diş çürüməsinə qarşı istifadəsi də olduqca effektivdir.

Hil

Hil efir yağları, kalsium, fosfor, maqnezium, sink, dəmir, B qrupu vitaminləri, C vitamini ilə zəngindir. O, orta əsrlərdə Asiyada dərman kimi istifadə edilir və apteklərdə satılırdı. Məhz bu səbəbdən də hil, “Kralların ədviyyatı” adlandırılır.

Hil təbii antiseptik hesab edilir və mikrobları məhv etmə gücünə sahibdir. O, ağızdan gələn pis qoxunu aradan qaldırır, həzm sistemini yaxşılaşdırır, xərçəng risqini azaldır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir