aile

Xoşbəxt ailə həyatının 9 sirri – “EvliSƏN”

Baxış sayı: 2. 452

Ailə quran cütlüklər üçün ilk dövrlər çox xoş keçsə də, zaman ötdükcə problemlər özünü göstərir. Məhz bunun nəticəsidir ki, demək olar, hamı xoşbəxt evliliyin sirlərini axtarır. “Gencaile.az” saytının “EvliSƏN” rubrikasında oxucularımızla xoşbəxt ailə həyatının 9 sirrini bölüşəcəyik.

 

 

1) Davamlı ünsiyyətdə olun

Təbii ki, həyat yoldaşınız heç də hər zaman sizin ürəyinizdən keçənləri müəyyən edə bilməz. Məsələn, niyə əsəbi olduğunuzu, nə etmək istədiyinizi, nəyə ehtiyacınız olduğunu açıqlamırsınızsa, həyat yoldaşınızın prosesləri təxmin etməsi heç də asan olmayacaq. Problerinizi, duyğularınızı, istəklərinizi dilə gətirməklə, kəsintisiz ünsiyyətdə olmaqla xoşbəxt evliliyə doğru ilk addımı atmış olarsınız.

 

Eşler Arasında Sağlıklı iletişim Nasıl Olur? - Therapia Garden ...

2) Məmnuniyyətsizliyi kənara qoyun

Qarşılıqlı təşəkkür etmək münasibətlərinizin istiləşməsinə yol açacaq. Bununla yanaşı, tutaq ki, həyat yoldaşınız işdən evə tez qayıdıbsa, buna sevindiyinizi ona deməyi unutmayın. Və ya məsələn, sizin üçün meyvə soyubsa, ona bundan məmnun olduğunuzu mütləq deyin. Bu arada, meyvəni ikilikdə yeməyi təklif etməyi də yaddan çıxarmayın.

 

Uzmanından Kış Aylarında Beslenmenin Püf Noktaları - Son Dakika

3) Birlikdə iş görün

Xoşbəxt evliliyin açarlarından biri cütlüklərin birgə zman keçirməyidir. Əgər müxtəlif səbəblərdən buna vaxt tapmırsınızsa, həmin boşluğu hər hansı bir iş görərkən köməkləşərək reallaşdırmaqla doldura bilərsiniz. Məsələn, əgər həyat yoldaşnız şam yeməyindən sonra qabları yumaq üçün mətbəxə keçdisə, yemək yediyiniz qabları mətbəxə aparmaqla ona dəstək ola bilərsiniz.

 

ev isleri

4) Tərifləyin

Onunla evləndiyiniz üçün xoşbəxt olduğunuzu deyin. Qarşınıza çıxdığı üçün özünüzü şanslı saydığınızı etiraf edin. Ona necə gözəl ürəyə sahib olması haqda danışın. Bu kimi ifadələr münasibətlərinizə müsbət təsir edəcək. Hətta buna qədər sizə deməkdən utandığı xoş sözləri deməsi də adiləşəcək.

 

sevgi

5) Cəsarətli olun.

Əgər həyat yoldaşınızın səhvi varsa, ilk fürsətdə onu bağışlayın. Yox, əgər səhv sizindirsə, ondan üzr istəyin.  Unutmayın ki, səhvini anlamaq və buna görə üzrxahlıq etmək insanın böyüklüyünü ortaya qoyur. Ən əsası da sizin bu cəsarətiniz qarşı tərəfin sizə daha çox güvənməsini şərtləndirəcək.

 

uzr

6) Günün necə keçdi?

Əgər günün sonunda həyat yoldaşınızla həmin günün necə keçməsi, hansı problemlərin yaranması, hansı xoş olayların yaşanması və s. bu kimi mövzularda söhbət etmir, onunla maraqlanmırsınızsa, bu sizin xoşbəxt evliliyin sorlərindən biri haqqında məlumatsız olduğunuzu ortaya qoyur.

 

sevgi

7) Kənardakı problem kənarda qalsın

Sizin münasibətlərə dəxili olmayan mövzuları evinizin qapısından içəri buraxmayın. Yox, əgər həyat yoldaşınızla bölüşmək istəyirsinzsə, sizin evliliyinizə aidiyyəti olmayan problemlərlə bağlı söhbəti çox uzatmamaq məsləhətdir.

 

sEVGI

 

8) Qısqanclıq problemi

Zamanınızı, sevdiklərinizi, bir sözlə, hər şeyinizi həyat yoldaşınızla paylaşın. Amma bütün bunların fonunda qısqanc olmamağı da unutmayın. Əks halda xoşbəxt ailənin bütün sirlərini tapsanız belə, qısqanclıq həmin səadətə kölgə salacaq.

 

qisqancliq

9) Həyat yoldaşınızın ailəsi önəmlidir

Həyat yoldaşınıızın anasını, atasını, bacısını və ya başqa hansısa yaxınını sevməyə borclu deyilsiniz, ancaq onlardan xoşunuz gəlməsə belə, sayğı duymağa məcbursunuz. Ən əsası da həya yoldaşınızın ailəsinə qarşı soyuq münasibətinizi kiminləsə bölüşməkdən qaçmalı, bunu heç kimə hiss etdirməməyə çalışmalısınız.

 

Sevgilinizin ailesi ile ilk tanışma için tavsiyeler | Evlilik Yolumuz

 

Hazırladı: UĞUR




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir