Aşağıdakıları etsəniz, həyatda xoşbəxt olmaq şanslarınız aşağı düşəcək. Boz, standart, darıxdırıcı, yeknəsəq ömür sürmək istəyirsinizsə, aşağıdakılara əməl edin. Əminəm ki, özünüzə aid bir çox xüsusiyyətləri tapacaqsınız.
- Bütün boş vaxtını dörd divar arasında keçirmək.
- Hər şeyi nəzarət altında saxlamağa çalışmaq.
- Sevmədiyin şeyə dözmək.
- Özünə inamını, hörmətini azaldan insanlarla söhbət etmək.
- Başqa insanların nə deyəcəyini düşünmək.
- Çayın axarı ilə üzmək və ən az müqavimət olacaq yolu seçmək
- Fikirləri və hissləri içində saxlamaq.
- Risk etməkdən qorxmaq.
- Özünü yox, başqalarını düşünmək.
- Hər kəsin səni bəyənməsinə çalışmaq
- Tanışları və ailəni unutmaq.
- Hər zaman tələsmək.
- Özünü günahlandırmaq.
- Səhvlərdən qorxmaq.
- “Mən bacarmıram” demək.
- Başqaları ilə müqayisə etmək.
- Keçmişdə dayanmaq.
- Təkcə gələcək haqqında düşünmək.
- Yaşamından narazı olmaq.
- Kin saxlamaq.
- Lazımsız əşyalar alıb saxlamaq.
- Hər şeyi özbaşına etmək.
- İdeal olmağa çalışmaq.
- Məsuliyyəti başqalarının üzərinə atmaq.
- Pis şeylər haqqında düşünmək.
- Utanmaq.
- Səhvləri təkrar etmək.
- Paxıllıq etmək.
- Qaşqabaqlı olmaq.
- Əməl edə bilməyəcəyin sözləri vermək