İqtisadçılar müəyyən ediblər ki, pul xoşbəxtliyi satın ala bilər, ancaq müəyyən bir yerə qədər.
Bu əbədi sual uzun müddətdir mübahisələrə səbəb olur və cavabsız qalır. Pulu olan insanlar xoşbəxtliyi satın ala bilməyəcəklərini deyirlər, amma imkanı az olanlar pulun bütün problemlərini həll edəcəyini düşünüllər. Bəs kimin haqlı olduğunu necə bilmək olar?
Xoşbəxtlik üçün nə qədər pul lazımdır?
Bunun üçün tədqiqatçılar 450 000 insan arasında sorğu keçirib. Onlardan həyatlarını və həmçinin gəlirlərini 1-dən 10-a qədər olan şkalada necə qiymətləndirəcəklərini soruşublar (1-tamamilə pis, 10 isə mükəmməl).
İnsanların cavabları öz gəlirlərinə görə dəyişib. Gəliri az olanlar həyatlarını rifah baxımından daha aşağı qiymətləndiriblər və stresli vəziyyətlərdə daha çox üzüldüklərini bildiriblər. Bununla belə, gəlir artdıqca mənfi təsir daha az olur və insanlar daha müsbət təcrübələr bildirirdilər.
Ehtiyac nəzərriyəsi
1940-cı illərdə ehtiyac nəzərriyəsi önə sürülüb. Burada deyilir ki, pulun miqdarının artması ancaq insanların əsas ehtiyaclarını ödəmə imkanı verəndə xoşbəxtliyə müsbət təsir edir. Bunlara kifayət qədər qida, geyim, sanitariya və sığınacaq daxildir. Bu ehtiyaclar ödənildikdən sonra əlavə pul gəliri xoşbəxtliyə o qədər də təsir etmir.
Daha çox pul həmişə daha çox xoşbəxtlik demək deyil.
Başqa bir nəzəriyyə görə xoşbəxtliyin səviyyəsi müəyyən bir nöqtədən sonra artmır, əksinə, bir qədər azalır. Buna uyğunlaşma nəzəriyyəsi deyilir, ona görə gəlirin artması müvəqqəti olaraq insanların xoşbəxtliyini artırır, lakin zaman keçdikcə onlar yüksək gəlirlə yaşamağa alışır və daha çoxuna can atmağa başlayırlar.
Araşdırmalar göstərir ki, mədəniyyət də, xoşbəxtlik səviyyələrinə təsir edir. Fərqli mədəniyyətlərin fərqli dəyərləri var. Pulun qiymətləndirildiyi mədəniyyətlərdə yüksək gəlir səviyyəsi insanı daha xoşbəxt edir.
Daha çox pul qazanmaq sizin həyatınıza olan münasibətinizi dəyişməyəcək və siz xoşbəxtliyi tapmaq üçün başqa yollar axtarmağa başlayacaqsınız. Bəlkə də ən vacib olan pulun nə qədər qazandığın deyil, necə xərcləməyinizdir.
Aysel Bayramova