Mərkəzi ofisi Kopenhagendə yerləşən Xoşbəxtlik Araşdırma İnstitutu qısa müddətlik də olsa, xoşbəxtliyi, həyat səviyyəsini, eləcə də, yaradıcı fəaliyyəti artırmağın yolunu tapıb. İnstitutdan verilən məlumata görə, bunun üçün “Facebook” səhifəsini dondurmaq kifayətdir.
Belə ki, Xoşbəxtlik Araşdırma İnstitutu apardığı araşdırma çərçivəsində cəlb etdiyi könüllülərə “Facebook” hesablarını bir həftəlik dondurmağı təklif edib. Müddət bitəndən sonra istifadəçilər özlərini daha yaxşı və nəzərəçarpacaq dərəcədə xoşbəxt hiss etdiklərini bildiriblər.