Xoşbəxtlik ölçən cihaz

Baxış sayı: 1. 820

“Hitachi” xoşbəxtlik ölçən cihaz hazırlayıb. Şirkətin hazırladığı daşınan qurğu işə götürənlərə öz əməkdaşlarının emosional vəziyyətini öyrənməyə imkan verir. Xoşbəxtlik ölçən cihaz məlumatları “bulud” xidmətinə ötürür və orada təhlil aparılır. Bundan sonra əlində nəticə olan rəhbərlik əməkdaşlarının iş şərtləri haqda bu və ya digər qərarları qəbul edə bilər.

“İCTnews” bildirir ki, qurğu, konkret ofisdə işləyən əməkdaşların xoşbəxtliyini ölçmək üçün nəzərdə tutulub. Bundan ötrü işçilər xoşbəxtlik ölçən cihazı boyunlarına taxmalı və ya geyimlərinə bərkitməlidirlər. Cihaz bank kartı ölçüsü boydadır.

Ölçü cihazı akselerometrlə təchiz edilib: gəzmə, klaviaturada mətnin yığılması, insanın ayağa durması, oturması və başını yırğalaması daxil olmaqla, müxtəlif tip hərəkətləri qeydə alır. Saniyədə 50 dəfə qeydiyyat aparılır. Əməkdaşlardan toplanan belə məlumatlar “Hitachi”nin “bulud” xidmətinə ötürülür və orada emal edilir.

Əməkdaşın aktivlik və fizioloji parametrlərinin təhlili əsasında onun emosional vəziyyəti tərtib edilir. Qrupun rəhbəri “bulud” xidmətindən istifadə edə və əməkdaşlarının əhval-ruhiyyəsindən xəbərdar olar bilər.

Çoxsaylı tədqiqatlara əsasən, şirkətdə çalışan əməkdaşların məhsuldarlığı onların emosional vəziyyətindən asılıdır. Bu səbəbdən, bəzi işəgötürənlər əmək şəraitini yaxşılaşdırmaq üçün mütəmadi kollektivdə sorğular keçirirlər.

Bir qurğunun xidmətinin dəyəri ildə 100 min yen (təxminən 55 min dollar) təşkil edəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir