Xoşbəxtliyə aparan 10 addım

Baxış sayı: 1. 564

Onca dəqiqəyə xoşbəxt olmaq istəyənlərin nəzərinə. Artıq xoşbəxt olmaq üçün ömür boyu əlləşməyə ehtiyac yoxdur. Sadəcə, 10 dəqiqə!

1. 1 dəqiqə gülün. 60 saniyə ancaq qəhqəhə ilə gülmək stressi azaldan endorfin hormonunun ifraz miqdarını artırır və əzələləri rahatladır. Gülmək qan şəkərini də tənzimləyir.

2. Təşəkkür edin. Sadəcə iki kəlməni birləşdirib, “Təşəkkür edirəm” deməyiniz nəyə desəniz, dəyər. Həyatınızda böyük bir dəyişiklik yarada biləcək təşəkkür etmək, araşdırmaya görə, immunitet sistemini gücləndirir.

3. 3 dəqiqədə bişmiş yumurta yeyin. Yumurta beyin funksiyalarını nizamlayan B vitamini tərkiblidir. Yumurtanın da daxil olduğu səhər yeməyi ən sağlıqlı səhər yeməklərindən hesab edilir. Protein dəyəri yüksək olan yumurta insanı uzun müddət tox tutur və günə gümrah başlamağa kömək edər. Bu, hipoqlisemiya xəstəliyi olan insanlar üçün də faydalıdır.

4. 4 dəqiqə dərin-dərin nəfəs alın. Burnunuzdan nəfəs alıb ağzınızdan verin. Bu zaman ürəyinizdə “rahatam” sözlərini təkrarlayın.

5. Qısa müddətli gəzintiyə çıxın. Sadəcə 5 dəqiqə gəzmək maddələr mübadiləsini yeniləyir. İş yerinizdə belə 5 dəqiqə piyada gəzə bilərsiniz.

6. 6 dəqiqə pilləkənləri çıxın. Bəzi insanlar yalnız masa ətrafında iş görəndə bel və onurğa ağrılarından şikayətlənirlər. Maddələr mübadiləsi problemi yaşayırlar. Buna görə gündə 6 dəqiqə pilləkən çıxmaq ildə təxminən 2 kilo çəki azalmasına kömək edir.

7. Etiketləri oxuyun. Alış-veriş edərkən etiketləri oxuyanlar sağlam qidalanırlar.

8. Sağlığınıza 8 dəqiqə vaxt ayırın. İşiniz çox olduğu üçün səhhətinizin qayğısına qala bilmirsiniz? Sağlamlığınız üçün həkim yanına gedin.

9. Günorta yeməyinizi özünüz hazırlayın. Evdə hazırladığınız sendviç belə, küçədə hazırlanan bütün yeməklərdən sağlıqlı ola bilər.

10. 10 dəqiqə mürgüləyin. Əsnəməkdə bir problem yoxdur, xüsusən nahardan sonra insana hər zaman yorğunluq çökür. İş yerində imkan tapırsınızsa, ən az 10 dəqiqə yatmaq hafizəni yeniləyir, yaradıcılığı və məhsuldarlığı artırır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir