meyve-qabiqlari

Xüsusilə, göyərtiləri bu qarışığın içində saxlamadan yemək məsləhət deyil

Baxış sayı: 1. 479

Əkinçilikdə istifadə edilən sintetik gübrələr səbəbindən, meyvə və tərəvəzlər kimyəvi maddələrin təsirinə məruz qalır. Bu isə insan səhhətinə birbaşa təsir edir. Sağlam qalmaq üçün yediyiniz meyvə və tərəvəzlərin sizə qənim kəsilməsini istəmirsinizsə, bu məsləhətləri yadda saxlayın.

Araşdırmalar göstərir ki, pomidor, yunan qabağı, portağal kimi qidalarda kimyəvi qalıntılara daha çox rast gəlinir. Lakin qabıqlı halda yeyilən meyvə və tərəvəzlər daha təhlükəli hesab edilməlidir.

Meyvə və tərəvəzləri qabığa nüfuz etmiş kimyəvi maddələrdən təmizləmək üçün evdə xüsusi məhlul hazırlaya bilərsiniz. İri bir qabın içini su ilə doldurub üzərinə 1 stəkan ağ sirkə ya da alma sirkəsi, 1 çay qaşığı da soda əlavə edib qarışdırın. Sirkə əvəzinə limondan da istifadə etmək olar.

İstifadə edəcəyiniz meyvə və tərəvəzləri bu qarışığın içərisində 15-20 dəqiqə saxlayın. Sonra sudan çıxarıb 2-3 dəqiqə durulayın.

Mütəxəssislər bildirir ki, xüsusilə, göyərtiləri bu qarışığın içində saxlamadan yemək məsləhət deyil.

Alma, armud, şaftalı kimi meyvələrin dadını itirməməsi üçün suya sirkə əvəzinə limon şirəsi qatmağınız məsləhətdir.

Soğan, göy soğan kimi tərəvəzləri suya salmadan öncə qabığını soyun.

Pomidor və bibərləri isə fırça ilə təmizlədikdən sonra sirkəli suya salmaq lazımdır. Bu tərəvəzləri suda 5 dəqiqə saxlamaq kifayət edəcək.

Yerkökü, turp, kartof kimi tərəvəzləri əvvəlcə fırça ilə üstünə yapışan torpaqdan təmizləyin. Daha sonra sirkəli suya salın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir