pul

Yəhudisayağı ticarətin QIZIL QAYDALARI – Onların niyə çoxlu pulu var?

Baxış sayı: 1. 870

Niyə yəhudilər var-dövlət yığmaqda pərgardırlar? Onların ticari müdrikliyinin sirri nədədir? Niyə məhz yəhudi xalqına ticarət işlərini asanlıqla aparmaq və var-dövlətini artırmaq nəsib olur?

Hələ qədim salnamələrdə yəhudilərin pulla rəftarı ilə bağlı qeydlər yazılırdı və yüz illər ərzində bu qayda-qanunlar az da olsa dəyişilməyib, əksinə daha geniş miqyasda inkişaf edib.

Abramoviçin yazdığı “Yəhudisayağı biznes. 67 qızıl qayda” kitabını araşdıraraq oradan hər iş adamına faydalı olacaq 22 vacib qaydanı seçmişik.

 

1. Şərikinin əmlakı öz əmlakın kimi əziz olmalıdır. Öz mal-mülkünün qeydinə qaldığın kimi dostunun malından da muğayat ol. Hələ heç kim yəhudi ortağının ona badalaq gəldiyini deyə bilməz. Əksinə, ortağının ticari uğurlarına öz uğuru kimi sevinər.

2. Heç vaxt zamanı boşa xərcləmə! Təsəvvür edin ki, nəqliyyat gözləyərkən və ya sosial şəbəkələrdə nə qədər boş yerə vaxt itiririk. Hər dəqiqə ömrün hədiyyəsidir və bundan faydalanmaq lazımdır.

3. Pis qonşudan uzaq ol. Şəhər mərkəzində evlər niyə baha olur? Çünki bir səbəbi də ordakı sakinlərin 50%-i seçilmiş olur, qonşunun mədəni səviyyəsini öncədən bilirsən. İndi özünüz fikirləşin: günə ziyalı bir adamla liftdə qarşılaşmaqla başlamaq xoş keçər, ya deyingən, 10 pişik saxlayan qarı ilə?

4. Danışmağa sözün yoxdursa, heç nə demə!

5. Nə qədər ki enerjin var, işlə! Əgər həyat enerjisi tükənməyibsə, yalnız irəli getmək lazımdır.

6. İnsanların çətin vaxtlarında pul verməyə xəsislik etmə! Bu, insan gələcəyinə sərmayə qoymaqdır. Özü də nə vaxtsa sənə geri qayıdacaq sərmayə!

7. Həmişə başqalarına xoş yanaş.

8. Hər insan təşəkkürə layiqdir.

9. Zəngin o adamdır ki, sahib olduğu şeylərlə özünü xoşbəxt hiss edər.

10. Vaxt oğrusu da pul oğrusu kimi qorxuncdur. Belə insanlardan mümkün qədər uzaq gəzmək lazımdır.

11. İşçinin pulunu vaxtında ver.

12. Hər düşündüyünü dilə gətirmə.

13. Hərdən gərəyindən daha artıq pul ver.

14. Sahibkar işçisinin necə yaşadığını bilməlidir.

15. Kimsə səni öldürmək istəsə, sən ondan qabağa düş: birinci sən onu öldür.

16. Düzgün danışmağı öyrən, lazım gələrsə, yersiz qürurdan keç.

17. Andın deyil, sözün öhdəliyin olsun.

18. Heç vaxt başqasını təhqir eləmə.

19. Həyatını planlaşdır.

20. Yaxşı işə görə özünü mükafatlandır.

21. Başqalarına da iş tapşır.

22. Həyatda nizam axtar.

(“Publika.az”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir