yabanci dad

“Yabancı dad” – YENİ RUBRİKA

Baxış sayı: 935

Son br ildə dünyanı cənginə alan koronavirus pandemiyası insanların səyahət imkanlarını minumuma endirdiyindən ayrı-ayrı xalqların mətbəx nümunələri ilə yerində tanış olmaq imkanımız xeyli azdır. Amma bu hal heç də xarici ölkələrin mətbəxi ilə tanış olmağımıza, həmin təamları öz evimizdə hazırlamağımıza əngəl deyil. Belə ki, “Gencaile.az” saytının bu gündən start verdiyi “YABANCI DAD” rubrikasını izləməklə əcnəbi ölkələrin mətbəxindən hər həftə bir yeməyi evinizdə hazırlaya bilərsiniz. Beləliklə, “Yabancı dad”da ilk olaraq Fransa mətbəxindən soğan şorbasının hazırlanma qaydasını təqdim edirik.

 

İnqrediyentlər

5 ədəd orta ölçülü baş soğan

2 diş sarımsaq

50 qram yağ

1 x.q. zeytun yağı

2 x.q. un

6 stəkan isti ət suyu

1 ədəd dəfnə yarpağı

1 saplaq təzə kəklikotu

1 ç.q. duz

1 ç.q. istiot

SOGAN SORBASI

Hazırlanma mərhələsi

Şorbanın əsas ərzağı olan baş soğanlar yarım halqa şəklində doğranılır. Sarımsaqlar kiçik kublar formasında doğranılır. Yeməkdə istifadə olunan yağlar geniş bir qazanda əridilir, soğan, sarımsaq, dəfnə yarpağı, təzə kəklikotu bura əlavə olunur. Az odda sotelənir. Xəfif-xəfif rəngi qızılı rəng alana qədər soğanlar az odda 25-30 dəqiqə sotelənir. Soğanlar yaxşıca yumşaldıqdan sonra ocağın odu artırılır və 5 dəqiqə bişirilir. Qoxularını soğana verən dəfnə yarpağı və təzə kəklikotu qazandan çıxarılır. Un soğanların üzərinə əlavə olunur və qoxusu çıxana, rəngi azca tündləşənə qədər birlikdə qovurmaq lazımdır. Ardıyca ət suyu əlavə olunur və qaynamağa buraxılır. Duz və istiot əlavə olunaraq 15-20 dəqiqə bişirilir. İstiyə davamlı servis qablarına əlavə olunan şorbanın üzərinə bir dilim çörək qoyulur. Üzərinə də pendir əlavə olunaraq 200 dərəcəli sobada pendir əriyənə qədər bişirilir. Sobadan çıxarılan şorbalar isti halda servis edilir.

 

Təqdim etdi: Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir