yaddas

Yaddaş zəifliyi bu səbəbdən yaranır

Baxış sayı: 826

Bəzən müəyyən hadisələri xatırlamaq və ya yadda saxlamaq üçün çətinliklərlə qarşılaşırıq. Mütəmadi təkrar olunan prosseslər və ya beyin sağlamlığının fəaliyyətinə mane olan qidalar, o cümlədən yorğunluq  yaddaşı zəiflədir.

Beləliklə,  yaddaş zəifliyinə səbəb olan amilləri təqdim edirik:

 

1) Şam yeməyindən sonra qəbul edilən qəlyanaltılar
Aparılan araşdırmalara əsasən, gecə soyuducudan nəsə götürüb yemək, yaxud da ümumiyyətlə yatmazdan əvvəl qəlyanaltı etmək vərdişi yaddaş zəifliyinə gətirib çıxarır. Normalda yatmalı olduğunuz vaxtlarda qida qəbulu beyinin öyrənmə və yaddaşa nəzarət edən hissəsi hipokampustu zəiflədir. Mütəxəssislər bu tədqiqatı əvvəl heyvanlar üzərində aparıblar. Daha sonra testdən keçirilən heyvanların yaddaşında xeyli geriləmə müşahidə edilib. Yatmazdan əvvəl yemək yuxu rejimini də pozur. Nəticədə beyin sağlamlığı üçün vacib olan keyfiyyətli yuxu əldə olunmur.

 

2) Xroniki stres
Artıq stressin sağlamlıq üçün zərərli olduğu hamıya məlumdur. Yaddaş isə stressdən ciddi şəkildə təsirlənir.
Ayova Universitetinin alimləri, stress hormonu kimi bilinən kortizolun beyindəki sinapsları azaltdığını müəyyən ediblər. Bu haqda məlumat “Journal of Neuroscience” nəşrində yer alıb. Tədqiqatlar zamanı, stressin növündən asılı olaraq yaddaşa müxtəlif cür təsir etdiyi məlum olub. Gündəlik həyatımızdakı qayğı və problemlər beynin müəyyən hissəsindəki məlumatlardan istifadə etmə qabiliyyətini zəiflədir. Digər tərəfdən isə, yüksək narahatlıq yaradan vəziyyətlər öyrənmə prosesini ləngidir. Nəticələr stressin beyinin fəaliyyətinə böyük təsiri olduğunu göstərir. Mütəxəssislər müntəzəm idmanla məşqul olmağın stressi azaldaraq, yaddaşı  gücləndirdiyini bildiriblər.

 

3) Tənhalıq
Yalnızlıq gündəlik iş rejimi, qidalanma və stress qədər yaddaşımıza ciddi təsir göstərir. İsveçdəki Orebro Universitetində aparılan tədqiqatlar, evliliyin yaddaşı gücləndirdiyini  ortaya çıxarıb. Ailəli insanların tənha yaşayanlarla müqayisədə idrak zəifliyini inkişaf etdirmə ehtimalı daha yüksəkdir.

 

4) Şəkər istehlakı
Tərkibində yüksək miqdarda şəkər olan qidalar pəhriz yeməkləri belə olsa yaddaşa mənfi təsir göstərir. Mütəxəssislər uzun müddət yüksək fruktoza tərkibli yeməyin beyinin öyrənmə və xatırlama qabiliyyətlərinə ciddi ziyan vurduğunu bildiriblər. Mütəmadi şirniyyat istehlak edənlərə şəkərli desertlər əvəzinə, qoz-fındıq kimi çərəzlərə və acı şokolada üstünlük vermələri tövsiyyə edilir. Pəhrizə omeqa-3 yağ turşuları əlavə etmək fruktoza zərərini azaltmağa kömək edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir