zumrud haqverdiyeva

Yalnız qalmaq qorxusu – “SEANS VAXTI”

Baxış sayı: 532

Monofobiya, bir insanın tək qalmaqdan həddindən artıq qorxduğu  bir psixoloji xəstəlikdir. Bu psixoloji pozğunluq yetkinlərə nisbətən yeniyetmələrdə  daha çox rast gəlinir.

Monofobiyadan əziyyət çəkən insanlar həyatlarında daim başqasanın dəstəyinə ehtiyac duyurlar. Bu dəstəyi ala bilmədikləri zaman, qəzəbli əhvalda olurlar. Qəzəb anı adətən yaxın ailə üzvlərinə və həmin anda onlarla olmayan dostlara qarşı baş verir. İnsan ona qayğı göstərilmədiyini, sevilmədiyini hiss edir, ona görə də insanlardan uzaq olmaq istəyir. Ancaq tək qalanda daha çox narahat olacağı üçün bunu edə bilməz. Monofobiya bu xüsusiyyətlərinə görə öz başına çıxması çox çətin olan psixoloji bir xəstəlikdir.

Tək qalmaq qorxusu emosional münasibətlərdə böyük problemlər yaradan bir xəstəlikdir. Monofobiyası olan insan, sırf  tək qalmaqdan qorxduğu üçün qarşı tərəfə  hisslər bəsləməsə də münasibətini davam etdirir. Çünki hər halda insanda ən çox hakim olan hiss tənhalıq qorxusudur. Ancaq bu tək olmamaq hissi əvvəlcə rahatlıq gətirsə də, zaman keçdikcə hər iki tərəf üçün işləri çətinləşdirir. Odur ki, insan hər hansı bir şəkildə tək qalmağın dünyanın sonu olmadığını öyrənməlidir. Adətən tək başına buna nail olmaq çox çətin olduğu üçün mütəxəssis psixoloqla   terapiya almaq xəstəliyin müalicəsində böyük rol oynayır.

 

Monofobiyanın səbəbi nədir?

Genetik faktorlar insanda monofobiyaya səbəb olan amillərdən biridir.  dərəcəli qohumda monofobiya və ya oxşar fobiya varsa, monofobiya ehtimalı artacaq. Bundan əlavə, monofobiyaya səbəb olan bəzi vəziyyətlər var. Bu hallara misal olaraq;

Həyatda baş verən müxtəlif çətinliklər, sevilən birini itirmək,insan tək qaldığı zaman başına pis bir şey gələndə, qapalı bir məkanda qapalı qalmaq kimi travmatik vəziyyətlər göstərilə bilər.

Bu travmatik təcrübələr adətən uşaqlıqda yaşanır. Bəzi uşaqlar bu cür vəziyyətlərdən daha çox təsirlənir və monofobiya gətirib çıxarır. Əlbəttə ki, xəstəliyin başlanğıcı yalnız uşaqlıqda deyil, hər yaşda baş verə bilər.

 

Monofobiyanın əlamətləri hansılardır?

Monofobiyanın bir neçə təzahürü var. Bu simptomları ümumi olaraq aşağıdakı kimi təsvir edə bilərik:

Xəstəlikdən əziyyət çəkən insan özünü tənha hiss etməmək üçün adətən iştirak etmək istəmədiyi sosial vəziyyətlərdə belə fəaliyyətlərdə iştirak etmək istəyir.

İnsan gecə yatarkən, eyni otaqda və ya evdə başqa heç kim yoxdursa, televizordan və ya kompüteri açır. Bu, insanın tək olduğu zaman hiss etdiyi sıx narahatlığı aradan qaldırmaq üçün etdiyi bir hərəkətdir.

Sözügedən şəxs özünü tək hiss etdikdə tərləməyə başlayır və ürək döyüntüləri sürətlənir. Bunlara əlavə olaraq ürəkbulanma, nəfəs almada çətinlik, ayaq və qollarda uyuşma , boğulma hissi,  başgicəllənmə kimi müxtəlif fiziki əlamətlər görülə bilər.

Bu gün bir insanın monofobiya olub-olmadığını müəyyən edə biləcək qəti tibbi test yoxdur. Bu səbəbdən internetdə görülən monofobiya testi kimi heç bir əsası olmayan testlərə etibar etmək son dərəcə yanlışdır. Xəstəlikdən əziyyət çəkən şəxs vəmüəyyən simptomlar aşkar edilərsə, mümkün qədər tez bir psixoloqla görüş təyin edilməlidir.

 

Psixoloq Zümrüd Haqverdiyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir