Yanacaq sərfiyatı sürücüləri düşündürən əsas məqamdır. Lakin bir çox sürücülər yanacağa qənaət etmək üçün heç bir elmi əsası olmayan üsullardan istifadə edirlər. Biz isə sizə 14 effektiv üsuldan bəhs edəcəyik. Siz sadəcə özünüzü bu üsullara öyrəşdirsəniz kifayət qədər yanacağa qənaət etmiş olacaqsınız. Bu cür avtomobil idarəetmək sizə yalnız qazandıracaq.
Əslində təcrübəli sürücülər bu üsulları bilməlidirlər. Lakin Azərbaycanda yazılı və elektron mətbuat o qədər zəif inkişaf edib ki, bu üsulları sizinlə paylaşmaq üçün təcrübələri belə yoxdur. Beləliklə vaxt itirmədən başlayaq.
- İlk olaraq evdən çıxmazdan öncə marşrutunuzu müəyyənləşdirin. Necə , hara və hansı yolla gedəcəksiniz. Təcrübəli sürücülərin hər zaman 1 marşrut yox, ən azı 2 marşrutda alternativ yolu var. Unutmayın: bir yolla gedib tıxacda qaldığın zaman daha çox yanacaq sərf edəcəksiniz. Çünki, avtomobil dayanmış halda daha çox yanacaq sərf edir.
- Lazım olmadığı zaman elektrik avadanlıqlarını söndürün. Məsələn: qış aylarında avtomobilin içərisi lazımi miqdarda isindikdə istilik sistemini söndürün.
- Təkərlərdə düzgün təzyiqi saxlayın. Bəzən bizim sürücülər “yumşaq” olsun deyə avtomobilin banında göstərilmiş təzyiqləri aşağı salırlar. Adətən bu 2.0 bar olur. İkinci səhv- bunu vulkanizasiyalarda qızmış təkərlərdə edirlər. Avtomobilin təzyiqi hərəkətə başlamazdan öncə ölçülməli və vurulmalıdır. Qızmış təkərlərdəki təzyiq düzgün deyil. Çünki qızanda hava həcmi artır. Və avtomobilin banında olan rəqəmlərə diqqət edin. Yüklənmiş, az yüklənmiş, qoşqulu halda təzyiqlər dəyişə bilər. İstehsalçının qoyduğu normalara uyğun hava vurun. Bunun üçün portativ elektrikli nasoslardan istifadə edin.
- Ehtiyac olmadan əyləcdən istifadə etməyin. Mühərrik hesabına tormozlayın. Məsələn: qarşıdakı avtomobillə ara məsafəsini düzgün saxlayın, o tormozlamağa başladıqda ayağaınızı qazdan çəkin. Avtomobil mühərrik hesabına yavaşlayacaq. Daha sonra siz son dayanma lazım olarsa yüngülcə əyləci basın.
- Vaxtı-vaxtında hava filteri və alışdırma şamlarını dəyişdirin. Bu ümumiyyətlə ən lazımi məqamlardandır. Bəzən sürücülər servislərdə təqdim edilən dövri texniki yoxlanışlardan vaz keçirlər. Və ya servisin təklif etdiyi dəyişdirmə intervalını “bizi soyurlar” deyə qiymətləndirərək, ciblərinə ziyan vurular. Onsuzda servisdə deyil yanacaqda bu xərc sizdən çıxacaq. Avtomobil tam sıradan çıxmamış vaxtı-vaxtında dövrü texniki baxış etdirin. Dövrü texniki baxış haqqında buradan oxuya bilərsiniz.
- Avtomobili park vzəiyyətində işlək vəziyyətdə saxlamayın. Bir çox sürücülərdə bu xasiyyət vardır. Avtomobili duracaq yerində işlək vəziyyətdə saxlamaq. Kimisə gözləyəndə mühərrik işləyə-işləyə həmin şəxsi gözləmək və s. Avtomobil durmuş şəkildə daha çox yanacaq sərf edir. Kimisə gözləyəndə mühərriki söndürün. Həm yanacağa qənaət edin, həm də ekologiyaya ziyan vurmayın.
- Avtomobili yerindən çox sürətlə götürməyin. Ehmalca yerindən tərpənmək lazımdır. Ayağınızı əyləcdən çəkirsiniz, avtomobil öz gücünə hərəkətə başlayır və yüngülcə qazı basırsınız. Yenicə hərəkətə başlayan zaman ümumiyyətlə mühərrik ilk 5 dəqiqə ərzində qızana qədər yüksək dövürlərə qalxmayın.
- Yoxuşlarda asta sürətdən çəkinin. İlk baxışdan bu təklif qənaətə bənzəmir. Amma əslində yoxuşları sürətli qalxasanız yanacağa qənaət etmiş olacaqsınız. Bəli, əgər siz yoxuşa yaxınlaşsanız daha yuxarı dövrülər başlayacaq və bu yanacağı sərf edəcək. Lakin sizə yoxuşa qədər, optimal lazım olan sürəti yığsanız, avtomobilin mühərriki əlavə gücə düşməyəcək.
Bu üsulun ilk testini məşhur “Popularmechanics” jurnalı edib. Və hesabalamalara əsasən 15 saniyə ərzində lazımi sürəti yığıb yoxuşa qalxarsınızsa, siz yanacağa qənaət etmiş olacaqsınız. Lakin siz asta sürətlə gəlib yoxuşa qalxanda daha çox sürət yığsanız sizin sürətlənməniz gec olacaq və bu zaman yanacaq sərfiyyatı da artmış olacaq.
- Sola dönməyin. Əgər mənə sol lazımdırsa ? Ondansa haradansa başqa yerdən dönməni edin. Niyə? Yadınızdadır, sizə dedik ki, dayanan zaman daha çox yanacaq sərf edilir. Siz sola dönəndə mütləq qarşıdan gələni gözləməlisiniz, bəzən bu manevr iki dəfəyə alınır,geriyə və irəli verilməklə, bəzən isə işıqforda dayanıb sola dönməni uzunmüddət gözləyirsiniz. Bax bu yanacaq sərfiyyatına da təsir göstərir.
- Parkinqlərin giriş və çıxılarında saxlamağa yer axtarmayın. Ondansa daha alt mərtəbələrə düşün və dərhal yer tapacaqsınız. Asta sürətlə,dayana-dayana yer axtaranda sizin yanacaq sərfiyyatınız artır. Onsuzda qapılara yaxın yerdə demək olar ki, boş yer yalnız gecələr ola bilər. Tənbəllik etməyin. ,avtomobilinizi alt mərtəbədə saxlayıb bir az ayaqla gəzin.
- İrəli baxın. Sürücülərimizin əslində ən böyük problemi məhz budur. Biz maksimum qarşımızdakı avtomobilə baxırıq. Lakin əsl sürücü 3-4 maşın irəli görməni bacarmalıdır. Bu zaman siz situasiyadan asılı olaraq yanacağa qənaət etmiş olacaqsınız. Məsələn: Yolayrıcına 4 maşın qalmış qırmızı işığın yandığını görürsünüz. Svetofora qədər qazla getməyin mənası nədir? Ayağınızı qazdan çəkin. Həm nəzarət olunan ətalətlə hərəkət edin, həm də qənaət edin. Svetoforda siz çatana qədər yaşıl yanarsa, öz axıcı sürətinizlə yolayrıcına daxil olun. Yolayrıcından çılıxan zaman yüngülcə qaz verə bilərsiniz. Axının sürətindən aşağı sürətə düşməyəsiniz deyə.
- Yenə eyni ilə uzaqdan sürət məhdudiyyətini görürüsünüz. Və radar var. Ya da YPX əməkdaşı. Bizim sürücülər nə edir? Dərhal əyləci basırlar. Nə etdilər? Yanacaq sərf etdilər. Uzaqdan “təhlükəni” gördüyünüz zaman ayağınızı qazdan çəkirsiniz. Bu zaman mühərrik öz hesabına sürəti salır. Nə etdiniz? Yanacağa qənaət etdiniz.
- Yolayrıcına yaxınlaşırsınız, tezliklə qırmızı yana bilər. Artıq sürətinizi öncədən elə seçirsiniz ki, ya əyləci sərt basmadan dayanasınız, ya da gəldiyiniz sürətlə yolayrıcını vaxtında keçəsiniz. Bu artıq sürücülük texnikasıdır. Yeri gəlmişkən onu da buradan öyrənə bilərsiniz.
- Sol zolaqla getməyin. Bilirsiniz də, qanun sağ zolaq boş olduqda sol zolağı tutmamağı tövsiyə edir. Həmçinin avtomagistrallarda və avtomobil yolu nişanlanmış yollarda sol zolağı tutmaq ümumiyyətlə qadağandır. Bəs bunun qənaətə nə dəxli? Dəxili var. Bu qaydaları pozanlar harada gedəcəklər? Əlbətdəki sol zolaqda. Bu sol zolaqda gedənlərər görə nə edəcəksiniz? Əyləci lazımsız yerə basacaqsınız. Daha sonra yenə sürətlənmək üçün qaz verəcəksiniz. Bu zaman nə edəcəksiniz? Nəzərdə tutulandan daha çox yanacaq sərf edəcəksiniz. Bu da sizə sol zolağı tutmamaq üçün səbəb.
- Kölgədə saxlayın. Yanacaq buxarlanır. Hətta çən də olsa belə. Buxarlanmanın intensivliyi tempraturdan asılıdır. Yay və qış fərq etməz, gün işığı altında saxlamayın. İlk olaraq gün işığı avtomobilin rəngini soldurur, ikincisi buxarlanmanı intensivləşdirir. Düzdür, fantastik həddə buxarlanma olmayacaq, lakin qənaət etmiş olarsınız.
- Soyuq mühərriklə yuxarı dövrlərdə sürməyin. Sürücülərimizin bir çoxları soyuq havalarda avtomobili dayanmış şəkildə “qızdırırlar”. Lakin mühərrik qızır, amma digər mayelər yox. Bu zaman siz artıq guya qızmış mühərriklə avtomobili sürəndə yanacağın sərfini artırmış olursunuz. Əslində isə avtomobili işə salıb, ilk 5 dəqiqə ərzində aşağı dövürlərlə idarə etsəniz, siz həm yancağa qənaət edərsiniz, həm də avtomobilin bütün hissələrinin qızmasını təmin etmiş olarsınız.