saqqiz

Yapışan saqqızı necə təmizləməli?

Baxış sayı: 2. 912

Saqqız çeynəməyi sevirik, ancaq ortalıqda qalan saqqız geyimlərə və əşyalara yapışanda bütün əsəblərimiz korlanır. Bəs yapışan saqqızı asan şəkildə necə təmizləmək olar? Ailem bunun asan yolunu təqdim edir.

Çox iti olmayan bıçaq, ya da kredit kartı ilə saqqızı qaşıyın. Sonra saqqızın qalan qisminə buz qoyun. Donan saqqız daha tez çıxacaq.

Geyimlərə saqqız yapışanda sellofanın içində buzluğa qoyun. Yenə isti sirkəni geyimin üzərinə töküb saqqızı çıxara bilərsiniz.

Saça yapışan saqqızın üzərinə azca mayonez sürtüb 10 dəqiqə gözləyin. Bal da sürtsəniz, asanlıqla qopacaq.

Xalçaya yapışan saqqız üçün də buz istifadə edin. Ya da yerfındığı əzməsini üzərinə sürtüb 1-2 dəqiqə saxlayın. Sonra sabunlu parça ilə təmizləyin.

Heyvanların üzərinə yapışan saqqızın üzərinə yuyucu toz töküb, 1-2 dəqiqə saxlayın. Sonra sıyıraraq çıxarın. /lent.az/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir