Statistkaya görə, yaponlar digər xalqlara nisbətən daha uzun ömürlü həyat yaşayırlar. Orta yaş həddi təxminən 87-dir. Bundan başqa yapon qadınları düzgün, incə bədən quruluşu ilə seçilirlər. Bəs niyə yaponlar kökəlmir? Ailem.az xarici mətbuata istinadən bunun səbəblərini təqdim edir.
Birinci və ən əsas səbəb qidalanmadır. Yeməklərin hazırlanmasında balıq, dəniz yosunu, paxla, düyü, meyvə və yaşıl çaydan istifadə edirlər. Yüksək kalorili zərərli qidalardan uzaq dururlar.
Yaponların ənənəvi qida rasionu qızardılmış balıq, bir fincan düyü, qaynadılmış tərəvəz, şorba və yüksək keyfiyyətli yaşıl çaydan ibarətdir. Desertdə isə dilimlənmiş meyvə yeyirlər. Balığın tərkibində olan omega 3 sağlamlıq və gənc dəri üçün çox önəmlidir.
Aktiv olaraq brokoli, kələm, brüsel kələmindən istifadə edirlər.
Yaponlar istifadə müddəti illərlə deyil, saatla olan təbii orqanik məhsullardan istifadə edirlər.
Yapon mədəniyyəti kiçik pors yeməyə riayət edir. Bu, tələsmədən, hər tikəni yaxşı çeynəyərək həzm etmək üçündür. Yemək qabları çox kiçik, desert boşqabları qədər balaca ölçüdə olur.
Boşqab yeməklə tamamilə dolmamalıdır. Hər yeməyin öz boşqabı olur.
Yapon yeməkləri bişirilmə qaydasına görə asan həzm olunandır. Yeməklər əsasən qril, qızardılmış, ya da buğlama şəklində bişirilir.
Hər mövsümün orqanik məhsullarından, təmiz yağdan istifadə edirlər.
Qaynadılmış düyü yaponlarda hər yeməkdə verilir.
Yaponlar səhər yeməyini müqəddəs hesab edir və heç vaxt onu ötürmürlər. Səhər yeməyinə qayğanaq, yaşıl soğan ilə balıq, qaynadılmış düyü, miso şorbası, bir parça pendir və yaşıl çay daxildir.
Yapon yeməklərində şirniyyat demək olar ki, verilmir. Verilsə də, o da kiçik pors təqdim ediilir.
Pəhrizlərlə özünə əziyyət verən avropalılardan fərqli olaraq yemək növlərini şaxələndirməyə çalışırlar. Ancaq “fast food”un geniş yayılması ilə yapon gəncləri də piylənmə problemi yaşayırlar.
Yaponlar sağlam həyat tərzi yaşamağa çalışırlar. Qidalanma ilə yanaşı müntəzəm idmana önəm verən yaponlar hər gün əzələləri çalışdıran idman etməlidir.
Yaponlar maşınları kənara qoyub nəqliyyat vasitəsi olaraq velosipeddən istifadə etməyə başlayıblar.